SON DƏQİQƏ

naxcivanxeberleri.com

Monitorinqlər davam etdirilir 

Monitorinqlər davam etdirilir 
30-06-2022, 20:56

“Qadınların Dayanıqlı İnkişaf üçün Səlahiyyətləndirilməsi”, həmin layihənin davamı olan “Naxçıvan Muxtar Respublikasında Covid-19-un təsirinə məruz qalmış qadınlara iqtisadi dəstək” və “Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılması” layihələri çərçivəsində sərmayə kapitalı almış qadınların yaşadıqları ünvanlarda Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən sərmayə kapitalından düzgün istifadə edilməsi ilə bağlı monitorinqlər davam etdirilir.

Komitənin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, növbəti monitorinq 2022-ci il 30 iyun tarixdə sərmayə kapitalı almış 4 qadının iş yeri və təsərrüfat sahəsində keçirilmişdir. Belə ki, Naxçıvan şəhər sakinləri Əliyeva Rübabə İbrahim qızı xalçaçılıq, İmanova Güllü İlyas qızı uşaqlara psixoloji xidmət sahəsi, İbrahimova Rəfayə Feyzulla qızı üzümçülük, Məhərrəmova Tovuz Qədir qızı isə dekorativ tətbiqi sənət və tikmə sahəsini inkşaf etdirmək üçün aldıqları sərmayə kapitalından öz təyinatlarına uyğun istifadə edərək sahibkarlıq fəaliyyətlərini genişləndirmişlər.

Monitorinq zamanı heç bir neqativ hal və nöqsana rast gəlinməmişdir.

Monitorinqin sonunda sərmayə kapitalı alan qadınlar məşğulluqlarının təmin olunması istiqamətində dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Ağustos 2022    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031