SON DƏQİQƏ

naxcivanxeberleri.com

Sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası istiqamətində yeniliklərin tətbiqi diqqət mərkəzindədir -FOTO

Sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası istiqamətində yeniliklərin tətbiqi diqqət mərkəzindədir -FOTO
30-06-2022, 18:55

Mərkəzin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 15 mart 2021-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası nəticəsində sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi sistemli xarakter alır, onların sosial reabilitasiya imkanları artırılır.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin fəaliyyəti bu baxımdan mühüm əhəmiyyətə malikdir. Ötən müddət ərzində, Mərkəzin maddi texniki bazası möhkəmləndirilib, burada çalışanlar üçün yüksək iş şəraiti yaradılıb, bölmələr bütün müvafiq texnologiyalarla təchiz olunub. Nəticə etibarı ilə, müəssisədə təyinatına uyğun bütün xidmətlərin göstərilməsi üçün zəruri mühit yaradılıb.

Yeniliklərin tətbiqinə xüsusi önəm verilən Mərkəzdə bu günlərdə daha bir terapiya bölməsi istifadəyə verilib. Bu məqsədlə keçirilən tədbirdə çıxış edənlərbildiriblər ki, hazırda Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində, müvafiq kateqoriyadan olan uşaqlar üçün Psixoloji Dəstək Xidməti, Defektoloji bölmə və filialları, Təlim-bərpa otağı, Kinnekt oyunlar otağı, Musiqi vəəmək terapiyalarıbölmələri fəaliyyət göstərir, bu bölmələrdə mütəxəssislər tərəfindən müvafiq təlim məşğələləri aparılır. Qeyd olunub ki, yeni yaradılan Oyun terapiyasının tətbiqində isəəsas məqsəd, uşaqlarda funksional hərəkət pozuntularının qarşısının alınması zamanı psixoloji yükün azaldılması və reabilitasiya tədbirlərinin onların həyatında daha əyləncəli şəkildə tətbiqindən ibarətdir.

Əlavə edək ki, yeni terapiya bölməsibütün zəruri şəraitlə, o cümlədən zəruri avadanlıqlar  və metodik vəsaitlərlə təmin edilib.

 

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Ağustos 2022    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031