18:28 - Bu gün V İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimi olacaq
17:52 - Tibetdə ilk dəfə koronavirusa yoluxma aşkarlanıb
17:32 - “Naxçıvan mətbuatı tarixdə və günümüzdə” adlı tədbir keçirilib-FOTO
17:26 - XİN başçısı Azərbaycanın Britaniyadakı səfirliyinə hücumu pisləyən ölkələrə təşəkkür edib
17:23 - Prezident İlham Əliyev Konyada Fələstinin Baş naziri ilə görüşüb
17:20 - Nazir: “Şuşa Bəyannaməsi gələcək nəsillər üçün də tarixin önəmli hissəsidir”
17:17 - Ceyhun Bayramov son gərginliyin səbəbini açıqlayıb
17:09 - Ceyhun Bayramov: "Ermənistan Zəngəzur dəhlizi ilə bağlı razılaşmanın icrasını ləngidir"
17:05 - XİN başçısı: "Azərbaycan üçtərəfli bəyanatın dördüncü bəndinin icra olunmasında israrlıdır"
17:01 - Ceyhun Bayramov: "Ermənistan istəsə də, istəmsə də Naxçıvanla əlaqələr qurulacaq"
16:55 - Binəli Yıldırım Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə üzv olub
16:44 - İlham Əliyev: "Əminəm ki, hər zaman olduğu kimi, Azərbaycanın idman bayrağı yüksəklərdə olacaq"
16:37 - İlham Əliyev: "Bakıdakı oyunlar İslam həmrəyliyinin güclənməsinə təkan verib"
16:33 - Azərbaycan lideri: "Bu oyunların Türkiyədə keçirilməsi bizim üçün əlavə imkanlar yaradır"
Gənclər üçün ödənişsiz ilk yardım təlimləri başa çatıb-FOTO
“İrəli” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Sağlamlıq Mərkəzinin təşkilatçılığı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin dəstəyi ilə gənclər üçün “Qızıl Yardım” layihəsi başa çatıb.
Birliyin Mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a bildirilib ki,layihənin keçirilməsində əsas məqsədgənclərvə gənclərlə işləyən şəxslərin ilk yardımla bağlı bilik və bacarıqlarınıartırmaq, ekstremal şəraitdə baş verə biləcək bədbəxt hadisələrə hazırlıqlı olmasını təmin etməkdir. 5 gün davam edən layihədə xüsusi proqram çərçivəsindəgənclərə ümumi ilk yardım, hadisə yerinin dəyərləndirilməsi, qanaxma, şok, huşunu itirmə, koma, yaralanma, kəllə-beyin travmaları haqqında ətraflı məlumatlar verilərək, ilk yardım müdaxiləsi vərdişləri aşılanıb.
“İrəli” İctimai Birliyinin ofisində keçirilən bütün təlimlərdə iştirak edən iştirakçılar Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən beynəlxalq ilk yardım sertifikatı ilə təltif ediliblər. Qeyd edək ki, təlim proqramını uğurla başa vurmuş gənclər növbəti fəaliyyət müddətində təlimçi kimi formalaşaraq, Birliyin hərbi vətənpərvərlik istiqamətində həyata keçirdiyi düşərgələrdə Sağlamlıq Mərkəzinin təlimatçısı kimi iştirak edəcəklər.