18:28 - Bu gün V İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimi olacaq
17:52 - Tibetdə ilk dəfə koronavirusa yoluxma aşkarlanıb
17:32 - “Naxçıvan mətbuatı tarixdə və günümüzdə” adlı tədbir keçirilib-FOTO
17:26 - XİN başçısı Azərbaycanın Britaniyadakı səfirliyinə hücumu pisləyən ölkələrə təşəkkür edib
17:23 - Prezident İlham Əliyev Konyada Fələstinin Baş naziri ilə görüşüb
17:20 - Nazir: “Şuşa Bəyannaməsi gələcək nəsillər üçün də tarixin önəmli hissəsidir”
17:17 - Ceyhun Bayramov son gərginliyin səbəbini açıqlayıb
17:09 - Ceyhun Bayramov: "Ermənistan Zəngəzur dəhlizi ilə bağlı razılaşmanın icrasını ləngidir"
17:05 - XİN başçısı: "Azərbaycan üçtərəfli bəyanatın dördüncü bəndinin icra olunmasında israrlıdır"
17:01 - Ceyhun Bayramov: "Ermənistan istəsə də, istəmsə də Naxçıvanla əlaqələr qurulacaq"
16:55 - Binəli Yıldırım Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə üzv olub
16:44 - İlham Əliyev: "Əminəm ki, hər zaman olduğu kimi, Azərbaycanın idman bayrağı yüksəklərdə olacaq"
16:37 - İlham Əliyev: "Bakıdakı oyunlar İslam həmrəyliyinin güclənməsinə təkan verib"
16:33 - Azərbaycan lideri: "Bu oyunların Türkiyədə keçirilməsi bizim üçün əlavə imkanlar yaradır"
Dövlət Gömrük Komitəsində 6 ayın yekunlarına dair əməliyyat müşavirəsi keçirilib-FOTO
Dövlət Gömrük Komitəsində cari ilin 6 ayının yekunlarına dair əməliyyat müşavirəsi keçirilib. Müşavirdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev, Komitə sədrinin müavinləri, aidiyyəti strukturların rəhbərləri iştirak edib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, Komitə sədri Səfər Mehdiyev çıxış edərək cari ilin müvafiq dövrü ərzində görülən işlər barədə məlumat verib. Bildirilib ki, Prezident İlham Əliyev tərəfindən şərq-qərb, şimal-cənub nəqliyyat dəhlizləri üzərində yerləşən ölkəmizin iqtisadiyyatının davamlı və dayanıqlı inkişafı, tranzit və ixrac imkanlarının daha da artırılması məqsədilə irimiqyaslı layihələr həyata keçirilir. Komitə sədri vurğulayıb ki, regionda formalaşan yeni reallıqlar və çağırışlar fonunda qarşıya qoyulan hədəflərin uğurla icra olunmasında gömrük orqanlarının üzərinə də mühüm vəzifələr düşür. Belə ki, gömrük əməliyyatlarının və sərhədkeçmə proseslərinin asan və sürəli şəkildə həyata keçirilməsi, idxal-ixrac əməliyyatlarnın daha da sadələşdirilməsi, vaxta və vəsaitə qənaət edilməsi, bir sözlə gömrük işinin səmərəli şəkildə təşkili ölkəmizdən keçən nəqliyyat dəhlizlərinin cəlbediciliyinin, ixrac və tranzit potensialının artırılmasında mühüm rol oynayır.
Komitə sədri cari ilin 6 ayı ərzində gömrük orqanlarının fiskal sahədə qarşıya qoyulan məqsədlərin icrasında, qaçaqmalçılıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizədə mühüm nailiyyətlər əldə etdiyini vurğulayıb, qarşıdakı aylarda da bu istiqamətdə fəaliyyətin daha effektiv təşkili üçün konkret tapşırıq və tövsiyyələrini bildirib. Səfər Mehdiyev mövsümlə əlaqadar, xüsusilə kənd təsərrüfatı məhsullarının ixracında artım müşahidə olunduğunu diqqətə çatdırıb və ixrac əməliyyatlarının sürətləndirilməsi, sərhədkeçmə proseslərinin təkmilləşdirilməsi, gömrük-keçid məntəqələrində yarana biləcək sıxlıqların aradan qaldırılması məqsədilə yük nəqliyyat vasitələrinin keçidinin elektron növbə prinsipi ilə təşkili istiqamətində müvafiq strukturlara tapşırıqlar verib.