SON DƏQİQƏ

naxcivanxeberleri.com

Gənc ədliyyə qulluqçularının andiçmə məraisimi keçirilib-FOTO

Gənc ədliyyə qulluqçularının andiçmə məraisimi keçirilib-FOTO
30-06-2022, 13:42

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, Muxtar respublikanın ədliyyə orqanlarında kadr hazırlığı işi diqqət mərkəzində saxlanılır. Cari ilin əvvəlində icra və probasiya qurumlarını yüksək hazırlıqlı və mənəvi keyfiyyətlərə malik işçilərlə möhkəmləndirmək məqsədilə vakant icra məmuru, eləcə də nazirliyin Məhkəmə Ekspertizası Mərkəzində vakant ekspert vəzifəsi üzrə vəzifələrin tutulması üçün müsahibə elan edilib. Sənəd qəbulu başa çatdıqdan sonra əvvəlcə müsabiqənin test mərhələsi, sonra isə müsabiqənin müsahibə mərhələsi keçirilib. Hər iki mərhələdə uğur qazanmış namizədlər Ədliyyə Akademiyasında təşkil olunan icbari təlimə cəlb ediliblər. Təlimi müvəffəqiyyətlə başa vuran bütün namizədlər ədliyyə orqanlarına qulluğa qəbul ediliblər.

İyunun 30-da vakant ədliyyə qulluğu vəzifələrinin tutulması üçün keçirilən müsabiqədə müvəffəqiyyət qazanmış namizədlərin andiçmə mərasimi keçirilib. Mərasimdə təyinat alan əməkdaşların əmrləri elan olunub, gənc ədliyyə qulluqçuları Azərbaycan Respublikasının Dövlət Bayrağının önündə and içiblər və andın mətnini imzalayıblar.

Yeni işə qəbul olunan gənclər “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanuna uyğun olaraq ədliyyə qulluqçularının andına sadiq qalacaqlarına, ümummilli liderimiz Heydər Əliyevin ideyalarına, dövlətə və dövlətçiliyə sədaqətlə xidmət edəcəklərini vurğulayıblar. Təyinat alan əməkdaşlar gənclərə yaradılan şəraitə görə dövlətimizə minnətdarlıqlarını bildirib, göstərilən qayğının müqabilində səylə çalışaraq muxtar respublikamızın inkişaf və tərəqqisinə öz töhfələrini verəcəklərinə söz veriblər.

 

       

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Ağustos 2022    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031