00:05 - Günün qoroskopu-12.08.2022
23:30 - Gömürdə bir gün: gördüklərim, etiraf etməyə borclu olduğum hisslər...
22:23 - Kopenhagendə Ukrayna üçün 1,5 milyard avrodan çox vəsait toplanıb
21:26 - Çavuşoğlu: “Ərdoğanla Əsəd arasında danışıqdan söhbət belə gedə bilməz”
20:41 - Türkiyə, İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı görüş avqustun 26-da keçiriləcək
19:50 - Naxçıvanda gənclərin Vətən müharibəsi iştirakçıları ilə görüşləri təşkil olunub
19:09 - Avropada təbii qazın qiyməti artıb
18:48 - Ukrayna Prezident Ofisi müharibənin başa çatmasının şərtini açıqlayıb
18:30 - Çexiya çempionunun oyunu "Qarabağ"a görə təxirə salınıb
17:41 - DSX-nin yeni xüsusi təyinatlıları and içib
17:05 - Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb
17:00 - Azərbaycanda son sutkada 488 nəfər koronavirusa yoluxub
16:44 - Mühəndis təminatı üzrə tədbirlərin icrası davam etdirilir - VİDEO
16:28 - Oktyabrda Azərbaycanda Türk Dövlətləri Təşkilatının dini liderlərinin görüşü keçiriləcək
16:09 - Məktəbəhazırlıq qrupları üzrə tətil günləri açıqlanıb
Tarixi əhəmiyyətli əşyaları gömrük sərhədindən gizli keçirmək cəhdi alınmadı-FOTO, VİDEO
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, Azərbaycan gömrükçüləri tarixi əhəmiyyət daşıyan xeyli miqdarda predmetin ölkənin gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsinə cəhdin qarşısını alıblar.
Belə ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, Qırmızı Körpü gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyədən Rusiya Federasiyasına gedən Mercedes-Benz" markalı yük avtomobili saxlanılıb.
Yük nəqliyyat vasitəsinə gömrük baxışı zamanı avtomobilin kabinəsi və qoşqusunun ayrı-ayrı yerlərində gizlədilən cəmi 15 ədəd polietilen bağlama aşkar edilib.
Həmin bağlamalara baxış nəticəsində isə üzərində müxtəlif simvol və heroqlif olan 4 ədəd qızıl sikkə, üzərində müxtəlif simvol və heroqlif olan 20 ədəd gümüş sikkə, bürüncdən hazırlanan - üzərində şamdan simvolu olan 18 ədəd kulon, eləcə də xaça bənzər 22 ədəd kulon, üzərində simvol olan kubşəkilli 5 ədəd predmet, üzərində simvol olan 4 ədəd çoxbucaqlı predmet, üzərində simvol olan 1 ədəd səkkizbucaqlı predmet, üzərində müxtəlif simvollar olan 280 ədəd dördbucaqlı predmet və nəhayət, üzərində müxtəlif simvol və heroqlif olan 10.800 ədəd dairəvi şəkilli mis aşkara çıxarılıb.
Mədəniyyət Nazirliyinin Dövlət Ekspert Komissiyasının rəyinə əsasən təqdim olunan predmetlər bizim eranın əvvəlləri və orta əsrlərə məxsus, Roma imperiyası və Bizans imperiyası dövrünə aid olub, tarixi, bədii, muzey, etnoqrafik arxeloji əhəmiyyət kəsb edir.
Faktla bağlı araşdırma aparılır.