SON DƏQİQƏ

naxcivanxeberleri.com

Beyinin fəallığını stimullaşdıran qida məhsulları

Beyinin fəallığını stimullaşdıran qida məhsulları
29-06-2022, 11:49

Bəzi qida məhsulları beyin üçün qoruyucu xüsusiyyətlərə malikdir, onun fəaliyyətini stimullaşdırır, yaddaş və idrakın keyfiyyətini yaxşılaşdırır.

Daha yaşlı vaxtda ağıl zəyifliyinin inkişaf ehtimalından narahat olanlara tibb elmləri doktoru, həkim, alim, yazıçı, “Angiogenezis” Fondunun rəhbəri Vilyam Li bildirir ki, neyrodegenerativ beyin vəziyyəti riskini minimuma endirmək üçün demensiyadan qorunmanızı gücləndirərək atılacağı mümkün olan addımlar var. NAXCİVANXEBERLERİ.COM “MedikForum”a istinadla xəbər verir ki, doktor Li sağlam, faydalı qidalardan istifadəni belə addımlardan biri hesab edir.

Xüsusilə, həkim beyin fəaliyyətinin stimullaşdırılması üçün əla təbii vasitə kimi sarıkökü nümunə gətirir.

"Sarıkökün aktiv tərkib hissəsi yaddaşın yaxşılaşdırılması və yeni beyin hüceyrələrinin yaradılması ilə əlaqəli olan güclü antioksidant və iltihab əleyhinə vasitə olan kurkumindir”, - deyə ekspert vurğulayır.

Beyin fəaliyyətinin stimullaşdırılması üçün başqa bir “super qida məhsulu” “ omeqa-3 faydalı yağ turşularının zəngin mənbəyi olan yağlı balıqdır. Bu növ yağ turşusu beyin tərəfindən sinir hüceyrələrinin qurulması üçün istifadə olunur, bu yağ turşularının adekvat qəbulu qocalma ilə əlaqədar idrakın zəifləməsini ləngidə bilər”, - deyə həkim Li bildirir.

Həkim, həmçinin balqabaq tumlarını beyin üçün faydalı qida adlandırıb - onlar maqnezium, mis və sink, optimal yaddaş və sinir funksiyasının qorunması üçün vacib olan mineralların gözəl mənbəyidir.

Daha sağlam pəhriz seçməklə, ona ədviyyatlar və beyni yaxşılaşdıran qida məhsullarını daxil etməklə yanaşı, həkim demensiyadan qorunmaq üçün sağlam həyat tərzinin digər prinsiplərinə əməl etməyi də tövsiyə edir. Vilyam Linin sözlərinə görə, sağlam həyat tərzinə riayət etməklə yaşla bağlı demensiyanın inkişafı ilə sıx əlaqəli olan müxtəlif amillərin - məsələn, ürək-damar xəstəlikləri, depressiya və hərəkətsizliyin riskini azaltmaq olar. Həkim bildirir ki, bu halda demensiyanın inkişaf ehtimalı üçdə bir azala bilər.

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Ağustos 2022    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031