SON DƏQİQƏ

naxcivanxeberleri.com

10 ailə özünüməşğulluq proqramına cəlb olunub

10 ailə özünüməşğulluq proqramına cəlb olunub
28-06-2022, 19:12

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq, muxtar respublikada aktiv məşğulluq tədbirlərinin icrası davam etdirilir. Bu ildən etibarən sosial tərəfdaş qismində özəl kommersiya müəssisələrinin iştirakı isə özünüməşğulluq proqramının əhatə dairəsini genişləndirib.

İyunun 28-də Nəqşicahan Holdinq Şirkətlər Qrupu tərəfindən 10 ailə özünüməşğulluq proqramına cəlb olunub. Həmin ailələrdən birinə 10 arı ailəsi, beşinə 2 baş iribuynuzlu, dördünə isə 20 baş xırdabuynuzlu mal-qara verilib. Özünüməşğulluğu təmin edilmiş ailələrin üzvlərindən 4-ü müharibə veteranı, 5-i sağlamlıq imkanları məhdud, 2-si isə şəhid ailəsi statusunda olan şəxslərdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin köməkçisi Seymur Talıbov bu münasibətlə keçirilən tədbirdə çıxış edərək deyib ki, muxtar respublika iqtisadiyyatının hərtərəfli inkişafı bütün sahələri əhatə edir. Yaradılmış şərait, həyata keçirilən tədbirlər əhalinin məşğulluğuna öz təsirini göstərir, yeni sosial layihələr uğurla icra olunur. Görülən işlərin nəticəsidir ki, muxtar respublikanın mühüm sahibkarlıq subyektlərindən olan “Nəqşicahan Holdinq Şirkətlər Qrupu” Məhdud Məsuliyyətli Cəmiyyəti də əhalinin məşğulluğunun təmin olunmasında yaxından iştirak edir, bu istiqamətdə həyata keçirilən sosial layihələrə öz töhfəsini verir.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev muxtar respublikada sosial qayğıya ehtiyacı olan ailələrə göstərilən dövlət qayğısı, onların məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Diqqətə çatdırılıb ki, muxtar respublikada özünüməşğulluq proqramına cəlb edilmiş ailələrdən əksəriyyəti verilmiş aktivlərdən səmərəli şəkildə istifadə edib və fərdi ailə təsərrüflarını yaradıblar. Bugünədək, ümumilikdə 4983 nəfər ailə üzvü olan 1076 ailənin özünüməşğulluğu təmin olunub, bu ailələrdən 1028-nə kənd təsərrüfatı, 48 ailəyə isə istehsal sahələri üzrə aktivlər verilib.

Sonra yeni aktiv verilmiş ailə təmsilçilərinə müvafiq sənədlər təqdim olunub.

Özünüməşğulluq proqramına cəlb olunanlar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

“Şərq qapısı”

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Ağustos 2022    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031