SON DƏQİQƏ

naxcivanxeberleri.com

Sabahdan 8 marşrut avtobusunun hərəkət sxemi dəyişdirilir

Sabahdan 8 marşrut avtobusunun hərəkət sxemi dəyişdirilir
22-05-2019, 23:41

Sabahdan 5, 6, 53, 56, 88, 120, 125 və 205 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik ediləcək.

Bakı Nəqliyyat Agentliyindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, dəyişiklik Səbail rayonu, Əhəd Yaqubov küçəsində aparılan yenidənqurma işləri ilə əlaqədar hərəkətin tam olaraq məhdudlaşdırılması səbəbindən edilib.

Qeyd edilən tarixdən bu xətlər üzrə avtobuslar alternativ olaraq, M.Mustafayev və M.Useynov küçələrindən keçməklə fəaliyyət göstərəcəklər.

Dəyişiklik məhdudiyyət tam aradan qalxanadək qüvvədə olacaq.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XBƏR LENTİ
BÜTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031