00:05 - Günün qoroskopu-04.07.2022
23:30 - “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsi başa çatdı
22:50 - Cəbrayıl Avropa çempionu oldu, Ramik bürünc medal qazandı
21:39 - Avstraliya Rusiyadan qızıl idxalına qadağa qoyacaq
20:09 - Naxçıvan şәhәrindә aparılan quruculuq işlәri sürәtlә davam etdirilir
19:36 - Naxçıvan göycәsindә yaşıl zoğların köklәndirilmәsi
18:21 - Cüdoçumuz açıq Avropa turnirinin qızıl medalını qazanıb
17:47 - Zeman Qərb ölkələrini Ukraynaya silah tədarükünə çağırıb
16:41 - Naxçıvan şәhәrindә vә onun kәndlәrindә taxıl biçininә başlanılıb
15:30 - Şoyqu Ukraynanın Luqansk vilayəti üzərində tam nəzarətin əldə olunduğunu elan edib
15:13 - Avstriyalı nazirlər Türkiyəyə səfər edəcək
14:04 - Azərbaycan gimnastı FIG kubokuna layiq görülüb
13:00 - Cənubi Koreyada koronavirusa 10 mindən çox yoluxma qeydə alınıb
12:23 - Bəzi şimal və qərb rayonlarında şimşək çaxıb, yağış yağıb
Poçt bağlamasında narkotik vasitə aşkarlandı-FOTO
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə poçt vasitəsilə ölkə ərazisindən qanunsuz olaraq narkotik vasitələrin göndəriləcəyi barədə əməliyyat məlumatı daxil olub.
Daxil olan məlumat əsasında sürətli poçt daşıma şirkəti vasitəsilə Azərbaycandan Avstraliyaya göndərilən, ümumi çəkisi 8,45 kq olan poçt bağlaması saxlanılıb.
Bağlamaya əvvəl “Layma” ləqəbli kinoloji xidmət iti tətbiq olunub və xidməti it poçt bağlamasına reaksiya verib. Bundan sonra qanunvericiliyə uyğun olaraq poçt daşıma şirkətinin əməkdaşının və hal şahidlərinin iştirakı ilə yoxlanılan poçt bağlamasından 1 ədəd boz rəngli çarpayı üçün qızdırıcı döşək, 1 ədəd kişi şalvarı və 2 ədəd kişi köynəyi aşkar edilib.
Daha sonra qızdırıcı döşəyin tikişləri sökülüb və içərisində tünd rəngli döşəyin üzərinə hopdurulmuş vəziyyətdə, gömrük nəzarətindən gizlədilmiş açıq qəhvəyi rəngli, kəskin iyə malik narkotik vasitəyə oxşar maddə aşkar edilib.
Aparılan ekspertiza tədqiqatına əsasən təmiz xalis çəkisi 402 qram olan tünd qəhvəyi rəngli həmin maddənin kustar üsulla hazırlanmış narkotik vasitə-asetilə edilmiş tiryək olduğu məlum olub.
Faktla bağlı araşdırma aparılır.