22:50 - Cəbrayıl Avropa çempionu oldu, Ramik bürünc medal qazandı
21:39 - Avstraliya Rusiyadan qızıl idxalına qadağa qoyacaq
20:09 - Naxçıvan şәhәrindә aparılan quruculuq işlәri sürәtlә davam etdirilir
19:36 - Naxçıvan göycәsindә yaşıl zoğların köklәndirilmәsi
18:21 - Cüdoçumuz açıq Avropa turnirinin qızıl medalını qazanıb
17:47 - Zeman Qərb ölkələrini Ukraynaya silah tədarükünə çağırıb
16:41 - Naxçıvan şәhәrindә vә onun kәndlәrindә taxıl biçininә başlanılıb
15:30 - Şoyqu Ukraynanın Luqansk vilayəti üzərində tam nəzarətin əldə olunduğunu elan edib
15:13 - Avstriyalı nazirlər Türkiyəyə səfər edəcək
14:04 - Azərbaycan gimnastı FIG kubokuna layiq görülüb
13:00 - Cənubi Koreyada koronavirusa 10 mindən çox yoluxma qeydə alınıb
12:23 - Bəzi şimal və qərb rayonlarında şimşək çaxıb, yağış yağıb
11:30 - Yağıntılı hava şəraiti iyulun 5-dək davam edəcək
11:10 - Zelenski işğaldan azad olunan yaşayış məntəqələrinin sayını açıqlayıb
10:53 - Dünyada koronavirusa yoluxanların sayı 548 milyonu ötüb
Qazi Hüseyn Məmmədov: “Mən hər an Ali Baş Komandanımızın döyüş əmrinə hazıram...”-FOTO
Müharibədə zəfərin qazanılmasında hərbi qulluqçuların döyüş qabiliyyəti və ruh yüksəkliyi mühüm rol oynayır. Döyüş sınağında əsas olan insan amilidir. Düşmənə qarşı vuruşan döyüşçünün qalibiyyət əzmi onun yenilməzliyinin təməlində dayanan başlıca cəhətdir. Hərb tariximizin şərəfli səhifəsi olan və bizi qələbə zirvəsinə ucaldan 44 günlük Vətən müharibəsində xalqımızın qeyrətli və vətənpərvər oğulları erməni işğalçılarını məğlub etdilər, torpaqlarımızın düşmən tapdağında qalmasına son qoydular, uzun illər qədəmimizin dəymədiyi, nəfəsimizin toxunmadığı, həsrətini çəkdiyimiz yurdlarımızda üçrəngli bayrağımızı qaldırdılar.
Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış qəhrəman oğulları, qazilərimizin və digər hərbi qulluqçularımızın göstərdikləri igidlik nümunələri heç vaxt unudulmayacaq. Çünki onlar xalqımızın gözlədiyi qələbə gününü reallığa çevirmək üçün öz layiqli töhfələrini veriblər. Elə həmin qəhrəman oğullarımızdan biri olan Goranboy rayonunun 701 saylı hərbi hissəsinin tağım komandiri Hüseyn Məmmədov keçdiyi döyüş yolu əqidəsinə, içdiyi anda sədaqət, əsl döyüşçü fədakarlığı nümunəsidir.
Hüseyn Şahin oğlu Məmmədov 1991 – ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Orta təhsilini 1997 – ci il 14 saylı məktəbdə almış, 2018 – 2012 – ci illərdə İdman Akademiyasında oxumuşdur. 2013 – 2014 – cü illərdə Sədərək “N” saylı hərbi hissədə həqiqi hərbi xidmətə başlamışdır. 2019 – cu ildə təlim – tədris mərkəzində zabit kursunu bitirmiş elə həmin ildə də Goranboy rayonunda 701 saylı hərbi hissədə tağım komandiri kimi işləmişdir.
2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda Hüseyn Məmmədovun xidmət etdiyi dəstənin hərbi qulluqçuları döyüşə ilk atılanların sıralarında olublar. Hüseyn bu barədə danışarkən yolunun Murovdağ yüksəkliyi, Suqovuşan və Talış kəndlərinin ərazilərində keçdiyini bildirirdi : “Müharibənin öz çətinlikləri, əzab-əziyyətləri olur. Ağır döyüşlər gedib, yuxusuz gecələrimiz olub, saatlarla yağış altında qalaraq islanmışıq, bir neçə gün paltarımız qurumayıb. Düşmən texnikanı vurduğundan, bəzən təchizatı bizə vaxtında çatdırmaq mümkün olmayıb, ancaq ruhdan düşməmişik, hər hansı çətinlik qarşısında iradəmiz büdrəməyib, daim irəli getmək barədə fikirləşmişik, komandirlərin əmr və tapşırıqlarını tərəddüd etmədən yerinə yetirmişik”.
Onun sözlərinə görə, hər bir insan kimi, döyüşçü də yaşamaq, öz arzularına qovuşmaq istəyir, özünəməxsus xəyalları olur, ailəsini düşünür. Ancaq müharibə gerçəkliyində dərk edirsən ki, hissə qapılmaq olmaz, qarşıda düşmən var, onun hədəfindəsən, müqəddəs torpağını təcavüzkardan təmizləməlisən, geriyə qalib kimi dönməlisən. Müharibə itkisiz olmur, ölüm bir nəfəs qədər bizə yaxın idi, lakin ölüm qorxusu səni üstələməməlidir, döyüş ruhu varsa, bu, insana mənəvi güc verir. Vətən yolunda şəhid və qazi olmaq isə insan üçün şərəfli taledir.
2020-ci ilin sentyabr ayının 30-da Ağucuq istiqamətində gedən döyüş zamanı düşmən Hüseynin tərkibində olduğu qrupun yerləşdiyi mövqeni müxtəlif növ artilleriyadan, zirehli texnikalardan şiddətli atəşə tutub. Ağır zərbə alan Hüseyn kəllə beyin travması alıb və sağ ayağından yaralanıb. Hal – hazırda II Qarabağ qazisi kimi bir ildən çoxdur müalicə alır.
Hüseyn Şahin oğlu Məmmədov Azərbaycan Prezidentinin 2021-ci il 24 iyun tarixli 2720 nömrəli Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunub.
“Vətəndən pay olmaz” deyib, ömrünü Vətənə fəda edən, şəhidlikləri və qaziliklər ilə bizə Zəfər sevinci yaşadan oğullarımız, heç vaxt unudulmayacaqsınız! Allah bütün Şəhidərimizə rəhmət eləsin! Qarabağ Azərbaycandır!
Mənsurə HÜMBƏTOVA