SON DƏQİQƏ

naxcivanxeberleri.com

Muxtar respublikada rabitəçilər üçün yeni nəsil telekommunikasiya avadanlıqlarının təqdimatı keçirilib 

Muxtar respublikada rabitəçilər üçün yeni nəsil telekommunikasiya avadanlıqlarının təqdimatı keçirilib 
16-06-2022, 22:30

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə rabitə və yeni texnologiyalar  sahəsinin maddi-texniki bazası möhkəmləndirilir, ən müasir texnologiyaların tətbiq edilməsi ilə telekommunikasiya xidmətlərinin çeşidinin və keyfiyyətinin artırılması  istiqamətində  bir sıra layihələr həyata keçirilir.

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə “Buta Global Enerji” şirkəti tərəfindən Nazirliyin Aparatının, tabeli qurumlarının və Naxçıvan Muxtar Respublikasının Radio-Televiziya Ötürücü Mərkəzinin mühəndisləri və texniki işçilərinə yeni alınmış telekommunikasiya avadanlıqlarının istifadə qaydaları öyrədilib.

Tədbirdə Nazirliyin Aparatının Telekommunikasiya və radiotezliklərin qeydiyyatı şöbəsinin müdiri Ruhən Əsgərov bildirib ki, muxtar respublikada yeni nəsil telekommunikasiya şəbəkələrinin inkişafı istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir, əhalinin müasir rabitə və internet xidmətləri ilə əhatə olunması diqqət mərkəzində saxlanılır.

  “Buta Global Enerji” şirkətinin radioölçmələr üzrə mütəxəssisi, telekommunikasiya üzrə mühəndis-ekspert Ramazan Əliyev slaydlar vasitəsilə yeni telekommunikasiya avadanlıqlarının istifadə qaydalarından bəhs edərək bildirib ki, telekommunikasiya sənayesi üçün ən müasir test, monitorinq və analitik həllər təklif edən Kanadanın EXFO şirkətinin istehsalı olan Max Tester730c-Pon/metro OTDR-1310/1550nm tablet tipli müasir ölçmə cihazı (OTDR-Optical Time Domain Reflectometer-optik zaman domen reflektoru), fiber-optik şəbəkələrdə, habelə FTTX/DON şəbəkələrdə istifadə üçün  tam avtomatlaşdırılmış windows əməliyyat sistemi ilə işləyən proqram təminatı və müasir interfeyslə təchiz edilib.

Həmçinin, ekspert onu da qeyd edib ki, muxtar respublikada ilk dəfə istifadə ediləcək bu cihaz vasitəsilə Fiber-optik şəbəkələrin çəkilişi, habelə texniki xidmət üçün effektiv ölçü cihazı olmaqla, fiber-optik kabellərdə lif birləşmə itkisinin yoxlanılmasına, uzunluğunu ölçməyə, kabel qırılmalarını aşkarlamağa imkan yaranır. OTDR cihazları, texniki işçilərə kabel itkiləri, birləşmələr, portlar və potensial nasazlıqların harada baş verdiyini bildirməklə, getdikcə daha çox yayılmış lifli kabel sistemlərində quraşdırma və texniki xidmətin asanlaşdırılması üçün nəzərdə tutulub. OTDR cihazının çıxışından sistemə göndərilən işığın bir hissəsi geri qaytarılır. Bu geri dönən işığı OTDR cihazı ilə təhlil edərək, fiber-optik kabel yoxlanılır, siqnal itkisinə səbəb ola biləcək hallar müəyyən edilir.

Təlimçi tərəfindən vurğulanıb ki, Nazirliyə cari ilin əvvəlində alınmış Almaniya istehsalı olan “Rohde & Schwarz” Spectrum Rider analizatoru, yeni alınmış HE400VHF markalı aşağı tezliklərdə çalışan radioötürücü avadanlıqların spektr ölçmələrini ölçmək üçün anten modulu ilə dəstləşdirilib. Bu da muxtar respublika ərazisində televiziya və radio proqramlarının yayım vəziyyətinin yoxlanılması və aşağı tezlik diapazonlarının ölçülməsinə şərait yaradacaqdır. Həmin anten modulunun texniki xüsusiyyətləri və idarə olunması tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Təlimdə həmçinin, Fluke Networks PRO3000 Tone&Probe Kit, Fluke Networks Intelli Tone Pro 200 Lan Tone&Probe Kit və Fluke Networks micro scanner 2 cable Verifier ölçmə cihazlarının versiyaları, onların istifadə qaydaları və xüsusiyyətləri barədə də iştirakçılara məlumat verilib. Vurğulanıb ki, bu cihazlar  rabitə kabellərinin aydın və dəqiq izlənməsini təmin edir. Bu avadanlıqlar mis və optik kabellərdəki zədələnmələri, o cümlədən, şəbəkə xidmətlərini aşkar etməyə imkan verir. Bu test cihazları vasitəsilə aktiv şəbəkələrdə kabellər təhlükəsiz və effektiv şəkildə yerləşdirilməklə, vizual davamlılıq testi ilə bükülmüş cüt quraşdırma yoxlanılır. Ucdan-uca kabel davamlılığı və sadə kabel nasazlıqları aşkar edilməklə, rəqəmsal siqnalda olan səs-küy aradan qaldırılır və səslər şəbəkəyə təhlükəsiz şəkildə inteqrasiya edilir.

Tədbirin sonunda suallar cavablandırılıb, aidiyyəti mütəxəssislərə cihazların istifadə qaydaları barədə əlavə praktiki təlim  keçirilib.

 

 Naxçıvan Muxtar Respublikası

Rabitə və Yeni Texnologiyalar Nazirliyinin

mətbuat xidməti

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Aralık 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031