00:05 - Günün qoroskopu-08.08.2022
23:41 - ABŞ azərbaycanlı gənclərə diplomatik təcrübə keçəcək
22:30 - Ermənistan ordusunun hərbçiləri ölüb
21:30 - Ərdoğan yerli “Togg” elektrik avtomobilini sınaqdan keçirib
18:30 - Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib (VİDEO)
18:10 - Azərbaycanda son sutkada peyvənd olunanların sayı açıqlanıb
18:00 - Azərbaycanda daha 469 nəfər COVID-19-a yoluxub
17:57 - İsrail Misirin vasitəçiliyi ilə Qəzzada atəşkəslə bağlı danışıqlar aparır
16:57 - Rusiyada koronavirusa yoluxanların sayı kəskin artıb
15:23 - Antalyada zəlzələ olub
14:30 - Əfqanıstanın paytaxtında partlayış baş verib
12:50 - Sabah yağış yağacaq, külək əsəcək
11:48 - Ceyhun Bayramov Türkiyəyə səfər edəcək
09:47 - Musiqi, incəsənət, rəssamlıq, muğam məktəblərinin müəllimləri üçün imtahan keçiriləcək
Dəyişdirmə müqaviləsi nədir?
Mülki Məcəlləyə əsasən dəyişdirmə müqaviləsinə görə tərəflərdən hər biri başqa tərəfin mülkiyyətinə bir əşyanın müqabilində digər əşyanı verməyi öhdəsinə götürür.
Dəyişdirmə müqaviləsinə alğı-satqı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir.Dəyişdirmə müqaviləsi üzrə münasibətlərin hər bir iştirakçısı digər tərəfə verəcəyini vəd etdiyi əşyanın satıcısı və aldığı əşyanın alıcısı sayılır.
Əgər dəyişdirmə müqaviləsindən ayrı qayda irəli gəlmirsə, dəyişdirilməli mallar bərabər qiymətli sayılır, onların verilməsi və qəbul edilməsi xərclərini isə hər bir halda müvafiq vəzifələri daşıyan tərəf çəkir.
Qeyd: Sualları Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik bölməsinin əməkdaşları cavablandırır.