SON DƏQİQƏ

naxcivanxeberleri.com

Sədərək rayonunda “1iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü” münasibəti ilə tədbir keçirilib

Sədərək rayonunda “1iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü”  münasibəti ilə tədbir keçirilib
21-05-2019, 18:45

“1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü” münasibəti ilə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən silsilə tədbirlər həyata keçirilir.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM- verilən məlumata görə, Sədərək Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü” münasibəti ilə Sədərək rayon Mədəniyyət Evində tədbir keçirilmişdir.
Tədbirdə Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahimov çıxış edərək bildirmişdir ki, muxtar respublikada, o cümlədən Sədərək rayonunda uşaqlara, onların hüquqlarının müdafiəsinə dövlət qayğısı göstərilir, uşaqların sağlam və hərtərəfli böyüməsi üçün lazımi tədbirlər həyata keçirilir. Bu gün Sədərək rayonunda yaşayan və təhsil alan uşaqların istedad və bacarıqlarını üzə çıxarmaq, milli dəyərlərimizi, adət ənənələrimizi onlara aşılamaq, zəngin dəyərə malik olan həyat tərzimizi onlara düzgün başa salmaq rayonumuzda uşaq siyasətinin əsas prioritet istiqamətlərindəndir.
Qeyd etmişdir ki, Sədərək rayonunda bütün kateqoriyadan olan uşaqlar kimi sağlamlıq imkanları məhdud uşaqlar da diqqətdə saxlanılmış, həmçinin bayram ərəfəsində onların yaşadığı ailələrə baş çəkilmiş, uşaqların sevincinə səbəb olacaq bayram sovqatları paylanılmışdır.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək bildirmişdir ki, ölkəmizdə, o cümlədən muxtar respublikada bütün kateqoriyadan olan uşaqların hüquqlarının müdafiəsinə, sağlamlığının qorunmasına, təhsilinə, istedadlarının üzə çıxarılmasına, asudə vaxtlarının səmərəli təşkil olunmasına həssaslıqla yanaşılır, ən mütərəqqi üsullar tətbiq edilir, dövlət proqramları qəbul edilərək icra olunur.
Vurğulamışdır ki, təhsil sistemində tətbiq edilən yeniliklər, xüsusilə informasiya-kommunikasiya texnologiyaları sisteminin qurulması, ümumtəhsil məktəbləri ilə muxtar respublikada fəaliyyət göstərən muzeylər arasında interaktiv əlaqələrin yaradılaraq distant dərslərin keçirilməsi keyfiyyətli təhsilə zəmin yaratmış, uşaqlarda milli-mənəvi dəyərlərə meyil güclənmişdir.
Komitə sədri yekunda muxtar respublikada uşaqlara göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova minnətdarlığını bildirmiş, uşaqları qarşıdan gələn bayram münasibətilə təbrik etmişdir.
Sonra təşkilatçılar tərəfindən 2018-2019-cu tədris ilində Sədərək rayonu üzrə təhsil, incəsənət, idman sahələri üzrə fərqlənən 20 uşağa fəxri fərmanlar və hədiyyələr təqdim olunmuşdur.
Tədbirin bədii hissəsində Sədərək Rayon Mədəniyyət Sarayının folklor qrupunun, Sədərək rayon 1 saylı və 2 saylı tam orta məktəbin şagirdlərinin, Sədərək kənd və Heydərabad qəsəbə uşaq bağçasının balaca fidanlarının, Sədərək rayon Uşaq Musiqi məktəbinin şagirdlərinin ifasında konsert proqramı təqdim olunmuşdur.


Sədərək rayonunda “1iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü”  münasibəti ilə tədbir keçirilib
Sədərək rayonunda “1iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü”  münasibəti ilə tədbir keçirilib

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2019    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930