SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Kabel texnologiyaları və bu sahədə ən son yeniliklər” mövzusunda seminar keçirilib 

“Kabel texnologiyaları və bu sahədə ən son yeniliklər” mövzusunda seminar keçirilib 
7-06-2022, 19:22

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən ixtisaslı kadrların hazırlanması, işçilərin zəruri peşə istiqaməti üzrə biliklərinin artırılması, habelə müvafiq peşə ixtisasına yiyələnmələri istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, həyata keçirilən tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə “Buta Global Enerji” şirkəti və Prysmian Group tərəfindən Nazirliyin və tabeli qurumlarının əməkdaşları üçün “Kabel texnologiyaları və bu sahədə ən son yeniliklər” mövzusunda  seminar keçirilib.

Seminarı giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar nazirinin müavini Həbib Novruzov rabitə və yeni texnologiyalar sahəsinə  göstərilən dövlət qayğısından bəhs edərək bildirib ki, muxtar respublikada sosial-iqtisadi həyatın bütün sahələrində yeni texnologiyalar geniş tətbiq olunur, bu sahənin maddi-texniki bazasının gücləndirilməsi, əhalinin informasiya-kommunikasiya texnologiyalarına çıxış imkanlarının yaxşılaşdırılması, mobil rabitə xidmətinin əhatə dairəsinin genişləndirilməsi diqqətdə saxlanılır. Nazirliyin Aparatının rəhbəri Əziz Hümbətov seminarın mövzusunun əhəmiyyətinə toxunaraq bildirib ki, muxtar respublikanın mövcud telekommunikasiya şəbəkəsinin əsasını təşkil edən fiber-optik şəbəkə vasitəsilə bütün yaşayış məntəqələrinə və bir sıra qurumlara kəsintisiz rabitə və internet xidmətləri təqdim olunur. Vurğulanıb ki, muxtar respublikada fiber-optik telekommunikasiya şəbəkəsi qurularkən, habelə bir sıra qurumlara və “Evədək optika” layihəsi çərçivəsində fərdi mənzillərə fiber-optik xətlər çəkilən zaman İtaliyanın nüfuzlu şirkəti Prysmian Qrupunun kabel məhsullarından istifadə olunur. Yüksək keyfiyyətli, odadavamlı olmaqla Prysmian Draka kabelləri bir sıra üstünlüklərə malikdir. İstifadə olunan kabellər İtaliya keyfiyyət standartlarında və Türkiyə istehsal gücündə Naxçıvan Muxtar Respublikası üçün xüsusi olaraq istehsal olunur.

Prysmian Group Beynəlxalq Şirkətin Türkiyə təmsilçiliyinin türkdilli ölkələr, Mərkəzi Asiya, Afrika, Hindistan və Pakistan üzrə ixracat direktoru Murat Tezcan Kabel texnologiyaları və bu sahədə ən son yeniliklər haqqında ümumi məlumat verib. Qeyd edilib ki, Şirkət tərəfindən telekommunikasiya sahəsi üçün geniş çeşiddə fiber- optik liflər, mis kabellər və qoşulma sistemləri istehsal edilir. O da diqqətə çatdırılıb ki, rabitə kabellərinin çəkilməsi məsuliyyətli bir işdir. Bu səbəbdən kabellərin qaydalara uyğun şəkildə çəkilməsi kabel xətlərinin etibarlı işləməsini təmin edir.

Daha sonra Prysmian Group mühəndisləri Barış Sönmez və Volkan Kavaklıoğlu slaydlar vasitəsilə fiber-optik kabellər və texniki xüsusiyyətləri, mis rabitə kabellərinin tətbiqi sahələri və ən son yeniliklər barəsində məlumat veriblər. Vurğulanıb ki, fiber-optik kabellərdən bir çox telekommunikasiya şəbəkələrində telefon siqnallarını, internet rabitəsini və kabel televiziya siqnallarını ötürmək üçün istifadə edilir. Fiber-optik kabel mis tellərdən daha incə olsa da, eyni diametrdə daha çox məlumat daşıyır və daha az siqnal itkisi müşahidə olunur. Həmçinin, fiber-optik kabellər son illərdə dünyada getdikcə daha çox istifadə olunur. Məlumat ötürülməsini asanlaşdıran fiber-optik kabellərə aviasiya, rabitə sistemləri, trafikə nəzarət, qapalı sistemlər kimi bir çox istifadə sahələrində rast gəlmək mümkündür.

Sonda iştirakçıların sualları cavablandırılıb.

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Aralık 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031