17:24 - Azərbaycan və İran Prezidentlərinin qarşılıqlı səfərləri planlaşdırılıb
17:18 - Prezident İlham Əliyev İran-Azərbaycan münasibətlərindən danışıb
17:12 - Aşqabadda Azərbaycan və İran prezidentlərinin görüşü olub-FOTO, YENİLƏNİB
17:01 - Sabah “Yay məktəbi” başa çatır
16:44 - Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidentinə təşəkkür edib
16:22 - İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla görüşüb - FOTO, YENİLƏNİB
16:10 - Aşqabadda sammit başlayıb, İlham Əliyev toplantıda iştirak edir - FOTO, YENİLƏNİB
16:03 - Azərbaycan yanğınsöndürənləri Türkiyədən yola salınıb
15:43 - Azərbaycan XİN Ermənistanın Qarabağa hərbçi göndərəcəyilə bağlı məlumata münasibət bildirib
15:13 - Qurban bayramı günlərində AQTA nəzarət tədbirlərini gücləndirəcək
14:51 - İƏT-in sessiya iştirakçılarının Qarabağa səfəri başlayıb-FOTO
14:36 - Azərbaycan və Qətərin Baş prokurorları görüşüb-FOTO
14:26 - DİM iyulun 6-7-də imtahan verəcək abituriyentlərə müraciət edib
14:16 - Aşqabadda Azərbaycan və İran prezidentlərinin görüşü olub-FOTO
Müasir Naxçıvan rənglərin işığında” adlı rəsm sərgisi keçirilib-FOTO
Naxçıvan Müəllimlər İnstitutunda “Təsviri incəsənət müəllimliyi” ixtisası III kurs tələbələrinin Naxçıvanın müasir şəhər mənzərələrinə həsr olunmuş rəsm sərgisi təşkil olunub.
Naxçıvan Müəllimlər İnstitutunun mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, sərgini giriş sözü ilə açan institutun rektoru Azad Novruzov qeyd edib ki, müasir dövrdə iqtisadi sahədə xeyli nailiyyətlər əldə olunmuş, muxtar respublikada tikinti-quraşdırma və abadlıq sahəsində çoxsaylı inzibati binalar, sosial obyektlər tikilmiş, yüksək səviyyədə quruculuq və abadlıq işləri görülmüşdür. Müasir dövrdə əsaslı şəkildə yenidən qurulmuş Naxçıvan Muxtar Respublikası bugünkü və gələcək nəsillərə ən böyük töhfədir. Rektor bildirib ki, “Təsviri incəsənət müəllimliyi” ixtisası üzrə təhsil alan tələbələr müasir Naxçıvanın görünüşünü çəkdikləri rəsm əsərlərində əks etdirməklə yanaşı onları qorumalı və gələcək nəsillərə ötürməlidir.
Azad Novruzov vurğulayıb ki, muxtar respublikada və Naxçıvan Müəllimlər İnstitutunda mütəmadi olaraq sərgilərin keçirilməsi, tələbələrin yaradıcılıq fəaliyyətlərinin işıqlandırılması, bu ixtisasda və digər ixtisaslarda təhsil alan istedadlı tələbələrin qarşısında mühüm vəzifə qoyur və onlara daha həvəslə çalışmaları üçün stimul olur. Tələbələrimiz çalışmalıdır ki, onlar üçün yaradılmış bu şəraitdən yüksək səviyyədə istifadə etsin və üzərlərinə düşən vəzifələrini layiqincə yerinə yetirsinlər. Rektor çıxışının sonunda tələbələrin gələcək dövrlərdə təsviri-incəsənət və eyni zamanda elmin bütün sahələrində uğurlarının davamı üçün öz tövsiyələrini bildirib, onlara yaradıcılıqlarında uğurlar arzulayıb.
İnstitutun İxtisasartırma və yenidənhazırlanma üzrə prorektoru, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Həbibə Allahverdiyeva çıxış edərək bildirib ki, yüksək zövqlə, peşəkarlıqla, Şərq və Qərb memarlıq elementlərindən ustalıqla və yerli-yerində istifadə etməklə tikilən binalar, təmir olunan və yenidən qurulan inzibati və sosial obyektlər, salınan gülkarlıqlar, yaradılan səliqə-sahman böyük quruculuq və abadlıq işlərinin yüksək səviyyədə görüldüyünü təsdiq edir. Prorektor vurğulayıb ki, belə müasir, gözəl görüntülər təsvir incəsənət müəllimliyi ixtisasının tələbələrinin marağına səbəb olub, onlar şahidi olduqları bu yenilikləri, gözəllikləri öz əsərlərində yüksək səviyyədə əks etdiriblər. Həbibə Allahverdiyeva rəsmlər, onların janrları haqqında məlumat verib. Bildirib ki, özünəməxsus lirik ahənglərlə, xəfif rəng keçidləri ilə işlənmiş əsərlərdə bu mövzuya müraciət olunması tələbələrin öz sənət sirlərinə daha mükəmməl yiyələnməklə yanaşı, onlarda tarixi biliklərin, təbiətə qarşı həssas münasibətin formalaşması və eyni zamanda vətənpərlik ruhunda tərbiyəsi üçün mühüm əhəmiyyətə malikdir.
Sonra sərgiyə baxış keçirilib. Sərgidə mənzərə janrının bir növü olan şəhər mənzərələri üslubunda kompozisiya quruluşu, rəng koloriti, perspektiva kimi ifadə vasitələrinə əməl olunan, bir-birindən gözəl 18 əsər nümayiş olunub.