20:35 - Türkiyə ilk dəfə olaraq "Akıncı" lazerlə idarə olunan raketi sınaqdan keçirib
19:50 - Ukrayna sərhədçiləri Rusiya hərbçilərinin şəxsi məlumatlarını daşıyan disk aşkarlayıb
18:32 - Qədim mətbəx ənənəsi-əriştə kəsmə
17:43 - Qardaş ölkə hərbçiləri ilə birgə təlimlər keçirilib-FOTO
17:22 - Bankomat kartı geri qaytarmırsa, nə etməli?
16:47 - AZAL-ın İstanbul-Bakı reysi gecikir
16:20 - Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib
15:49 - Kəngərli rayonu güclü aqrar regiona çevrilib
15:10 - "Əziz Şuşa" adlı beynəlxalq velosiped yarışı keçiriləcək
14:47 - Dərman preparatlarını gizlədərək keçirmək istədi-VİDEO
14:16 - DİM sədri buraxılış və qəbul imtahanlarında 700 bal toplanılmaması məsələsinə münasibət bildirib
13:32 - Tut bəkməzinin faydalı xüsusiyyətləri
13:17 - Sabah Bakıda hava yağmursuz olacaq
12:46 - MN: Orduda günvurma hallarının qarşısının alınması ilə bağlı nəzarət tədbirləri gücləndirilib
İstiqlalımızın əzablı yolu
Azərbaycan ən qədim dövrlərdən həm öz coğrafi, həm də strateji əhəmiyyəti ilə qonşu güclü dövlətləri buraya cəlb etmişdir. Zəngin xammal ehtiyatı və Böyük İpək yolunun burdan keçməsi ölkələrin maraqlarını burda kəsişdirirdi.
XVI əsrdə yaranmış Səfəvi dövlətinin zəifləməsi ilə Rusiyanın Cənubi Qafqaza maraqlarını kəskin artırmışdı. Rusların ilk öhdəliyi həm Xəzəryanı, həm də İran körfəzi ətrafı əraziləri tabe etmək idi. Nadir şah Əfşarın güclü xarici və daxili siyasəti nəticəsində rusların bu planı təxirə düşmüşdü. Hansı ki, bu plan öz bəhrəsini XIX – XX əsrdə verəcək, Azərbaycan müstəmləkə siyasətinin hədəfinə çevriləcəkdi.
Nadir şahın nəhəng imperiyası dağıldıqdan sonra Azərbaycanda xanlıqlar dövrü başlamış, dağınıqlıqdan istifadə edən Çar Rusiyası bu əraziləri ələ keçirmişdi. Rusiyanın müstəmləkəçilk, xalqları əsarətdə saxlamaq siyasəti narazılıqlara, qiyamlara səbəb olumuşdu. I Dünya müharibəsində Çar Rusiyasıın çoxlu itki verməsi, imperiya daxilində seperatçılıq meyllərinin güclənməsi və xalqların azadlıq mübarizəsi bu zalım nəhəngi uçuruma sürükləyirdi. 1917-ci ildə baş verən oktyabr inqilabı çar tərəfdarları ilə sosialistlər arasında qarşıdurma vətəndaş müharibəsi ilə nəticələndi. İllərdir müstəmləkə şəraitində yaşayan xalqların azadlıq mübarizəsi gücləndi. Qafqazda yeni dövlətlər meydana gəldi. Bunlardan biri də Azərbaycan Xalq Cümhuriyyəti idi.
Bu dövrdə Azərbaycanın azadlıq mübarizəsinə Məmmədəmin Rəsulzadə və Vətən mücahidləri, qurucu ziyalılar rəhbərlik edirdi. Onlar inqilabdan çox şey -“məhkum siniflərə hürriyyət, məhkum xalqlara muxtariyyət ” gözləyirdilər. Rusların, bolşeviklərin planında Zaqafqaziyanın, o cümlədən Azərbaycanın müstəqilliyi yox idi. Ən zəngin xammal, neft və qaz yataqlarını əldən vermək istəməyən bolşeviklərin məqsədi Çar Rusiyasının sərhədləri saxlanılmaqla ictimai quruluşu dəyişmək idi. Tarix boyu olduğu kimi bu zəngin sərvətlər II Dünya müharibəsində də nasist Almaniyasının diqqətini çəkəcəkdi.
İnqilabdan sonra bolşeviklər Bakıda da fəallaşdılar. 1917-ci il noyabrın 2-də Bakıda Bakı Sovetinin iclası çağrılmış, Sovet hakimiyyətinin qurulduğu elan olunmuşdu. Qafqaz cəbhəsindən qayıdan rus əgərləri, onlara yaltaqlıq edən ermənilər əliyalın Azərbaycan kəndlərini talan edirdi. Bakıda bolşeviklərin və ermənilərin əsas rəqibi “Müsavat” idi. Partiyanın muxtariyyət tələbi, müsəlmanlar arasında nüfuzunun artması bolşevikləri narahat edirdi. 1918-ci il martın 30-da şəxsi heyəti müsəlmanlardan ibarət “Evelina” gəmisinin tərki-silah edilməsi, buna etiraz edən müsəlmanlara qarşı dəhşətli soyqırım törədilməsi düşmənlərin xalqımıza gözdağı vermək, bütün Azərbaycanı işğal etmək məqsədi güdürdü. Xalqın ölüm-dirim mücadiləsi, canını vətənə fəda edən ziyalı övladlarının mübarizəsi və bunun nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması düşmənlərin planlarını pozdu. 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası “İstiqlal bəyannaməsi”ni qəbul etdi. Hökumət əvvəlcə Gəncəyə, sonra isə Bakıya köçürüldü. Bütün bunlar, Fətəli bəy Xoyskinin dediyi kimi, “yuxumuzda görməzdik, əqlimizə gəlməzdi”. Lakin bu mübarək gün millət, vətən sevdalılarının əzmi, mübarizəsi ilə gerçəkləşdi. Onu da qeyd edək ki, dünyada heç bir qələbə üç imperiyanın mərkəzində, “şahların qızdığı qorxunc bir zamanda” yoxdan bir cumhuriyyəti var etməklə müqayisə edilə bilməz! Məmmədəmin Rəsulzadə, Fətəli Xan Xoyski, Nəsib bəy Yusifbəyli, Əliağa Şıxlınski, Səməd bəy Mehmandarov və neçə-neçə fədailər canı, qanı bahasına üç rəngli milli bayrağı vətən simasına qaldırmış, 23 ay ərzində misli görünməmiş uğurlara imza atmış, ən əsası millətin var olma gücünü bütün dünyaya sübut etmişdir. Zəif, gücsüz bir dövlətin sovetlər tərəfindən işğalı 70 ildən artıq bir zamanda Sovet imperiyasının qəddar, qaniçən siyasəti millətin Vətən sevgisini, azadlıq təşnəsini söndürməyə müvəffəq olmamışdır. O üç rəngli bayraq vətən səmasından endirilsə belə, xalqın qəlbində yaşamış, Azərbaycan 71 il sonra öz müstəqilliyinə yenidən qovuşmuşdur.
Bu gün qəlblərimizdə yaşayan bayrağımız Vətən səmasında qürur və əzəmətlə dalğalanır. Müstəqil Azərbaycan regionda və dünyada böyük nüfuz sahibi hesab olunur. Ulu öndər Heydər Əliyevin, onun layiqli davamçısı İlham Əliyevin, onun ətrafında dəmir yumruğa dönən bütün Azərbaycanın qüdrəti sayəsində yurdumuza göz dikən yağıların burnu ovulub. Bir zamanar “yox millətimin xətti bu imzalar içində” – deyə fəryad qoparan ustadların ruhu şaddır. Var millətimin xətti bu imzalar içində! Bu imza pozulmaz, bu dəfə yüksələn bayraq bir daha enməyəcəkdir!
Nihad Abbasov
Babək rayon Hacıvar kənd orta məktəbinin X sinif şag