SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda “Büdcə anlayışı” layihəsi çərçivəsində ilk təlim keçirilib-FOTOLAR

Naxçıvanda  “Büdcə anlayışı” layihəsi çərçivəsində ilk təlim keçirilib-FOTOLAR
20-05-2019, 18:21

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə Naxçıvan şəhər Heydər Əliyəv adına tam orta məktəbdə “Büdcə anlayışı”layihəsi çərçivəsində ilk təlim keçirilib.
Naxçıvan Muxtar Respubilkası Maliyyə Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, 70-dən çox məktəblinin iştirak etdiyi tədbirdə məktəbin direktoru Namiq Məmmədov təlimin əhəmiyyəti barədə məlumat verib.
Sonra tədbirin mahiyyəti və aktuallığı barədə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru i.ü.f.d. Sevinc Cabbarova məlumat verib.
Növbəti mərhələdə isə slaydlar vasitəsi ilə “Büdcə anlayışı”mövzusunda Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Büdcə şöbəsinin sektor müdiri Səkinə Qəhrəmanova çıxış edib, interaktiv hissəsində Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin baş mütəxəssisi Zəhra İsmayılova tərəfindən interaktiv oyun vasitəsi ilə şərti ailənin gəlir və xərclərinin müqayisəli təhlili aparılıb. Məktəblilərin təqdimatı dinlənilib və səmərəli büdcə planlaşdırılması qaydaları ətrafında müzakirələr aparılıb. Bu mərhələdə 4 komanda iştirak edib. Sonda məktəbin kitabxanasına “Oxunması zəruri olan kitabların siyahısı”na daxil edilmiş kitablar təqdim edilib.
“Büdcə anlayışı” layihəsinin dayanıqlığını təmin etmək üçün təlimlərin muxtar respublikasının bir necə şəhər və rayon məktəblərində keçirilməsi nəzərdə tutulmuşdur.


Naxçıvanda  “Büdcə anlayışı” layihəsi çərçivəsində ilk təlim keçirilib-FOTOLAR
Naxçıvanda  “Büdcə anlayışı” layihəsi çərçivəsində ilk təlim keçirilib-FOTOLAR
Naxçıvanda  “Büdcə anlayışı” layihəsi çərçivəsində ilk təlim keçirilib-FOTOLAR
Naxçıvanda  “Büdcə anlayışı” layihəsi çərçivəsində ilk təlim keçirilib-FOTOLAR
Naxçıvanda  “Büdcə anlayışı” layihəsi çərçivəsində ilk təlim keçirilib-FOTOLAR

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XBƏR LENTİ
BÜTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031