00:05 - Günün qoroskopu-04.07.2022
23:30 - “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsi başa çatdı
22:50 - Cəbrayıl Avropa çempionu oldu, Ramik bürünc medal qazandı
21:39 - Avstraliya Rusiyadan qızıl idxalına qadağa qoyacaq
20:09 - Naxçıvan şәhәrindә aparılan quruculuq işlәri sürәtlә davam etdirilir
19:36 - Naxçıvan göycәsindә yaşıl zoğların köklәndirilmәsi
18:21 - Cüdoçumuz açıq Avropa turnirinin qızıl medalını qazanıb
17:47 - Zeman Qərb ölkələrini Ukraynaya silah tədarükünə çağırıb
16:41 - Naxçıvan şәhәrindә vә onun kәndlәrindә taxıl biçininә başlanılıb
15:30 - Şoyqu Ukraynanın Luqansk vilayəti üzərində tam nəzarətin əldə olunduğunu elan edib
15:13 - Avstriyalı nazirlər Türkiyəyə səfər edəcək
14:04 - Azərbaycan gimnastı FIG kubokuna layiq görülüb
13:00 - Cənubi Koreyada koronavirusa 10 mindən çox yoluxma qeydə alınıb
12:23 - Bəzi şimal və qərb rayonlarında şimşək çaxıb, yağış yağıb
Sosial xidmət göstərilən ahıl sakinlər üçün təbiət gəzintisi təşkil olunub-FOTO
Mərkəzin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, Muxtar respublikamızın ahıl sakinlərinin sosial müdafiəsi daim diqqət mərkəzində saxlanılır, onların sağlamlıqlarının qorunması, məişət məsələlərinin həlli istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Bu məqsədlə, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Ahıllar Evi”nin sakinləri və sosial xidmətə cəlb edilmiş tənha ahıllar mütəmadi olaraq, tibbi müayinədən keçirilir, müalicələrinə köməklik göstərilir, əlamətdar günlərdə onlarla görüşlər təşkil olunur, sovqatlar təqdim edilir. Bununla yanaşı, sosial xidmət göstərilən tənha ahılların muxtar respublikanın tarixi və görməli yerlərinə gəzintilərinin, sosial könüllülərin iştirakı ilə onların yaşayış yerlərində iməciliklərin keçirilməsi davam etdirilir.
May ayının 26-da, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı, sosial könüllülərin iştirakı ilə bir qrup sosial xidmət göstərilən ahıl sakin üçün Şahbuz rayonu ərazisində təbiət gəzintisi təşkil edilib, burada onlara çay süfrəsi açılıb. Naxçıvan Aşıqlar Birliyinin üzvlərinin ifasında saz havalarından ibarət musiqi proqramı da ahıl sakinlərdə xoş ovqat yaradıb.
Qeyd edək ki, həmin gün ahıl sakinlər Şahbuz şəhərində yerləşən “Ahıllar Evi”ndə yaradılan şərait və göstərilən xidmətlərlə də tanış olublar. Görüş nahar süfrəsi ətrafında davam etdirilib.
Ahıl vətəndaşlar göstərilən diqqət və qayğıya görə razılıqlarını bildiriblər.