22:50 - Cəbrayıl Avropa çempionu oldu, Ramik bürünc medal qazandı
21:39 - Avstraliya Rusiyadan qızıl idxalına qadağa qoyacaq
20:09 - Naxçıvan şәhәrindә aparılan quruculuq işlәri sürәtlә davam etdirilir
19:36 - Naxçıvan göycәsindә yaşıl zoğların köklәndirilmәsi
18:21 - Cüdoçumuz açıq Avropa turnirinin qızıl medalını qazanıb
17:47 - Zeman Qərb ölkələrini Ukraynaya silah tədarükünə çağırıb
16:41 - Naxçıvan şәhәrindә vә onun kәndlәrindә taxıl biçininә başlanılıb
15:30 - Şoyqu Ukraynanın Luqansk vilayəti üzərində tam nəzarətin əldə olunduğunu elan edib
15:13 - Avstriyalı nazirlər Türkiyəyə səfər edəcək
14:04 - Azərbaycan gimnastı FIG kubokuna layiq görülüb
13:00 - Cənubi Koreyada koronavirusa 10 mindən çox yoluxma qeydə alınıb
12:23 - Bəzi şimal və qərb rayonlarında şimşək çaxıb, yağış yağıb
11:30 - Yağıntılı hava şəraiti iyulun 5-dək davam edəcək
11:10 - Zelenski işğaldan azad olunan yaşayış məntəqələrinin sayını açıqlayıb
10:53 - Dünyada koronavirusa yoluxanların sayı 548 milyonu ötüb
İnformasiya təhlükəsizliyinin təminatı üzrə seminar keçirilib-FOTO
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi “Naxçıvan Muxtar Respublikasının dövlət qurumlarında informasiya təhlükəsizliyinin təminatı üzrə Nümunəvi Təlimat”ına uyğun olaraq “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsində informasiya təhlükəsizliyinin təminatı üzrə Təlimat” hazırlanıb. Bununla bağlı Fondun akt zalında seminar keçirilib. Tədbiri giriş sözü ilə açan Fondun sədri Rasim Bağırov qeyd edib ki, Təlimat Fondda informasiya təhlükəsizliyinin təşkili və təmin edilməsi, əməkdaşlar üçün bu sahədə məcburi tələbləri müəyyən edir. Keçirilən seminar da informasiya təhlükəsizliyi sahəsində daha geniş məlumatlandırma məqsədi daşıyır.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, tədbirdə çıxış edən Fondun İnformasiya texnologiyaları sektorunun müdiri Toğrul Hüseynov informasiya təhlükəsizliyinin qorunması və vacib tələblərin yerinə yetirilməsi barədə məlumat verib. Qeyd edib ki, hər bir müəssisədə xidməti istifadədə olan kompüterdən istifadə zamanı təhlükəsizliyi təmin etmək məqsədi ilə Təlimatda müvafiq qaydalar müəyyənləşib. Təhkim olunmuş kompüterdən xidməti zərurətdən kənar məqsədlər üçün istifadə etmək, şəxsi məlumatları kompüterə köçürmək, kompüterin konfiqurasiyalarına müdaxilə etmək, habelə qanuna zidd və zərərli proqram təminatlarını kompüterdə istifadə etmək qadağandır.
Bildirilib ki, kompüterlər uyğun əməliyyat sistemi, etibarlı antivirus və düzgün proqram təminatı ilə təchiz edilməli, kompüterin əməliyyat sisteminə məxsus yenilənmələr müvafiq qaydada və mütəmadi şəkildə həyata keçirilməlidir. Kompüterlər və informasiya daşıyıcıları mütəmadi olaraq antivirus proqramları vasitəsilə yoxlanılmalı və antivirus proqram təminatı daima yenilənməlidir. İstifadə edilən kompüterin qarşısından uzaqlaşan zaman ekran kilid vəziyyətinə keçirilməli və kilid vəziyyəti dayanıqlı şifrə ilə təmin edilməlidir. İstifadəsinə icazə verilə bilən mobil telefon, ağıllı saat və digər avadanlıqlarda “GPS” funksiyası daim bağlı olmalıdır.
Məlumat verilib ki, iş vaxtı ərzində sosial şəbəkə platformalarından istifadə edilməsi, fərdi məlumatların, xüsusilə də şəxsiyyəti müəyyən etməyə imkan verən sənədlərdə, əməkhaqqı kartında və digər bu kimi sənədlərdə olan bu kimi məlumatların sosial şəbəkə platformalarında paylaşılması, sosial şəbəkə platformalarında səlahiyyəti olmadan qurumun adından danışmaq, utancverici məlumat paylaşmaq, xidməti geyimlə və ya xidmət yerində şəkil çəkdirmək və bu məlumatların yayılmasına yol vermək, həmçinin sosial şəbəkə platformalarında qeydiyyat zamanı xidməti məlumatların istifadəsi qadağandır. Şəxsi kompüter, mobil telefon və digər avadanlıqlardan xidməti fəaliyyətlə əlaqədar istifadə edildikdə, informasiya sızmasının qarşısını almaq üçün həmin avadanlıqlarda da Təlimatın tələblərinə riayət etməyə səy göstərilməlidir. Təlimatın tələblərinin pozulmasına yol vermiş hər bir əməkdaş qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.