SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bakıda “TEKNOFEST Azərbaycan” festivalı başlayıb

Bakıda “TEKNOFEST Azərbaycan” festivalı başlayıb
26-05-2022, 11:16

Bakıda “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı başlayıb.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, tədbir 4 gün davam edəcək.

“TEKNOFEST” Türkiyənin Sənaye və Texnologiya Nazirliyinin, eləcə də Selçuk Bayraktarın rəhbərlik etdiyi “Türkiye Teknoloji Takımı” (T3) Vəqfinin təşkilatçılığı ilə 2018-ci ildən etibarən hər il keçirilir və ilk dəfə bu il xaricdə - Azərbaycanda təşkil olunub.

“TEKNOFEST Azərbaycan”ın yerli təşkilatçısı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir. Bununla əlaqədar qurumda Təşkilat Komitəsi və işçi qrupları yaradılıb, Tədbirlər Planı hazırlanıb, icra olunması üçün aidiyyəti qurumlara göndərilib.

Festivalda 4 gün ərzində ümumilikdə 200 mindən çox ziyarətçinin (33 ölkədən 500-ə yaxın əcnəbi) iştirakı proqnozlaşdırılır.

Bu il mayın 20-si tarixinə olan məlumata əsasən, 45 682 ziyarətçi qeydiyyatdan keçib, akkreditasiya sayı isə 9 897-dir.

Tədbirdə qlobal bazarlara çıxış potensialı olan startapçıların, yerli və əcnəbi mentorların, xarici ölkələrdən investorların və vençur fondların iştirakı nəzərdə tutulur.

Tədbirdə iştirak üçün dünyanın 32 ölkəsindən 287 startap (101-i Azərbaycan startapı olmaqla) müraciət edib. Onlardan 15-i xarici ölkə (ABŞ, Argentina, Estoniya, İordaniya, Misir, Pakistan, Türkiyə), 35-i yerli olmaqla 50 startap finala vəsiqə qazanıb.

Festival çərçivəsində "SMART QARABAĞ" Hakatonu keçirilir. Hakatonun məqsədi işğaldan azad edilmiş ərazilər üçün “ağıllı” şəhər, kənd, ev təsərrüfatı, nəqliyyat və s. həllərin yaradılmasıdır. Burada iştirak üçün 188 müraciət (151-i Azərbaycandan, 57-i Türkiyədən) daxil olub. Finala Azərbaycandan 21, Türkiyədən 10 komanda olmaqla ümumilikdə 85 iştirakçı vəsiqə qazanıb.

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Haziran 2022    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930