SON DƏQİQƏ

naxcivanxeberleri.com

Günün qoroskopu-26.05.2022

Günün qoroskopu-26.05.2022
26-05-2022, 00:00

Qoç- yaxınlarınıza və qohumlarınıza yetərincə diqqət ayırın. Səbrsiz olmayın, emosiyaların təsiri altında hərəkət etməyin. Yaşam arealınızı qaydaya salın. Hissləri nizamlayın. Ailə üzvlərinin qayğısına qalın.

Buğa- fiziki iş üçün əlverişli zamandır. Rəqiblərlə mübarizədə geri çəkilməyin. Günün ilk yarısında yaşananlara həddən ziyadə emosional reaksiya verməyin. Yaxın ətrafınızdakı insanlara heç nə vəd etməyin.

Əkizlər- günün ilk yarısında fikir ayrılığı və mübahisələr istisna deyil. Tərəf və əks-tərəfləri müəyyənləşdirin. Ailəli mənsublara ulduzlar məsləhət görür ki, övladlarına nüfuzları ilə təzyiq etməsinlər.

Xərçəng- mübahisələri genişləndirməyin. Ünsiyyət üçün etibar etdiyiniz, bələd olduğunuz insanların çevrəsini seçin. Səhhətinizin qeydinə qalın. Axşam saatlarında təmiz havada mümkün qədər çox vaxt keçirin.

Şir- ailə və ev problemləri yaranacaq. Düşünülmüş addım atmalısınız. Səhhətinizə fikir verin. Qəfil yorğunluq və zəiflik hiss etsəniz, dincəlin.

Qız- işdə artıq sözlər deməyin. Mübahisələrə qatılmayın. Şəxsi münasibətlərdə və işdə qayda yaradın. Səhər saatlarından ziddiyyətli olaylara hazır olun. Tələsik qərar verməyin. Səfər, mədəni istirahət üçün əlverişli gündür.

Tərəzi- alış-verişə can atmayın, çünki bədxərclik istisna deyil. Romantik macəra və ya sərgüzəşt axtarışında olmayın. Yerinə yetirməyəcəyiniz işi vəd etməyin. Nəticəsi olacaq işi seçin.

Əqrəb- tənbəllik etməyin, səliqəli və dəqiq olun. Perspektivlər genişlənir. Mühüm məsələni rahat həll etmək olar. Anlaşma, sövdələşmə, müzakirə və alış-veriş üçün uğurlu gündür.

Oxatan- günün ilk yarısında istədiyiniz maraqlı işlə məşğul olun. Öhdənizə götürdüyünüz işi başa vurun. Ailədə izafi gərginlik yaşanmasının qarşısını alın ki, bədxahlar sevinməsin.

Oğlaq- maliyyə məsələlərinə daha çox diqqət ayırın. Alış-veriş üçün əlverişli vaxtdır. Əhvalınız gün ərzində dəfələrlə dəyişəcək. Heç nəyi mürəkkəbləşdirməyin. Izafi enerjidən qurtulmaq üçün çıxış yolu gərəkdir.

Dolça- günün ilk yarısında səfərə və ya gəzintiyə yollanmayın. Ünsiyyət çevrənizi məhdudlaşdırın. Yaxınlarınızın istəklərini, tələblərini nəzərə alın. Çoxdan bəri diqqətinizi gözləyən insanla maraqlanın.

Balıqlar- təşkilatçılıq məharətinizi nümayiş etdirin. Gün ərzində sizi maraqlı və faydalı insanlarla görüşlər gözləyir. Əlaqələri gücləndirin. Fiziki aktivlik gərginlikdən qurtulmağınıza kömək edə bilər.

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Haziran 2022    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930