SON DƏQİQƏ

naxcivanxeberleri.com

Sədərək rayonunda yaşayan şəhid ailələri ziyarət olunub-FOTO

Sədərək rayonunda yaşayan şəhid ailələri ziyarət olunub-FOTO
25-05-2022, 18:58

Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının birgə təşkilatçılığı ilə Naxçıvanda təhsil alan türkiyəli tələbələrin də daxil olduğu bir qrup könüllü gənc tərəfindən Sədərək  və Qaraağac kəndlərində yaşayan şəhid ailələri ziyarət olunub.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, tədbir iştirakçıları bu məqsədlə şəhidlərimiz –Abdullazadə Tağı İlham oğlu və Nadirli Ərtoğrul Hümbət oğlunun ailə üzvləri ilə görüşərək onların həyatı, keçdiyi döyüş yolu və qəhrəmanlıqları barədə məlumatlandırılıblar.

Gənclər və idman nazirinin müavini, Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının sədri Məcid Seyidov və Milli Məclisin deputatı, Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev görüşlər zamanı şücaətli, cəsur, eyni zamanda vətənpərvər övlad yetişdirdikləri üçün şəhid valideynlərinə dərin minnətdarlıqlarını bildiriblər.

İştirakçılara qəhrəman şəhidlərimizin xidməti fəaliyyəti, təltif edildikləri orden və medallar barədə məlumat verilib. Ailə üzvləri onların özünəməxsus xüsusiyyətləri ilə bağlı fikirlər səsləndirib, xatirələrini bölüşüblər.

Qeyd edək ki, şəhidlərimizin ruhuna ehtiram, ailələrinə mənəvi dəstək göstərmək və  gənclərin qəhrəmanlarımızı daha yaxından tanımasına, vətənpərvərlik ruhunda formalaşmasına zəmin yaratmaq məqsədilə şəhid ailələri davamlı olaraq ziyarət olunur.  Bu kimi görüşlər bundan sonra da davam etdiriləcək.

 

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Haziran 2022    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930