17:24 - Azərbaycan və İran Prezidentlərinin qarşılıqlı səfərləri planlaşdırılıb
17:18 - Prezident İlham Əliyev İran-Azərbaycan münasibətlərindən danışıb
17:12 - Aşqabadda Azərbaycan və İran prezidentlərinin görüşü olub-FOTO, YENİLƏNİB
17:01 - Sabah “Yay məktəbi” başa çatır
16:44 - Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidentinə təşəkkür edib
16:22 - İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla görüşüb - FOTO, YENİLƏNİB
16:10 - Aşqabadda sammit başlayıb, İlham Əliyev toplantıda iştirak edir - FOTO, YENİLƏNİB
16:03 - Azərbaycan yanğınsöndürənləri Türkiyədən yola salınıb
15:43 - Azərbaycan XİN Ermənistanın Qarabağa hərbçi göndərəcəyilə bağlı məlumata münasibət bildirib
15:13 - Qurban bayramı günlərində AQTA nəzarət tədbirlərini gücləndirəcək
14:51 - İƏT-in sessiya iştirakçılarının Qarabağa səfəri başlayıb-FOTO
14:36 - Azərbaycan və Qətərin Baş prokurorları görüşüb-FOTO
14:26 - DİM iyulun 6-7-də imtahan verəcək abituriyentlərə müraciət edib
14:16 - Aşqabadda Azərbaycan və İran prezidentlərinin görüşü olub-FOTO
Dərini fəsil dəyişikliyindən qorumaq lazımdır
Cavan dəri gözəllik və sağlamlığın əsas göstəricisidir. Onun öz təravətini itirməsi bəzən daxili problemlərdən qaynaqlansa da, əksər hallarda ətraf mühitin təsiri də böyük rol oynayır. Bu baxımdan yaxşı qulluq olunmayan dəri tez qocalır. Üz dərisinə təsir edən başqa bir faktor isə fəsil dəyişiklikləridir. Hər mövsümdə dəriyə hava şəraitinə uyğun baxım tələb olunur. Dəriyə qulluq isə onun növünə uyğun seçilməlidir.
NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, “İlk növbədə mütləq günəşdən qoruyan kremlərdən istifadə etmək lazımdır. Yay fəslində faktoru bir qədər artırmaq lazımdır. Yumurtanın sarısı çalınır, onun üzərinə 1 çay qaşığı bal və 1 çay qaşığı zeytun yağı əlavə edilərək üzə çəkilməsi çox güclü qidalandırıcı maska rolu oynayır”.
Fəsil dəyişikliyi daha çox quru dəriyə təsir edir və bu zaman müəyyən maskalardan istifadə etmək lazımdır: “Xiyar sürtgəcdən keçirilir, qaymaq və ya xama bir qədər limon şirəsi əlavə olunaraq qarışdırılandan sonra üzə çəkilir. Bu maska dərini yüngülləşdirir, qidalandırır və ağardır”.
Dərinin problemlə üzləşdiyi digər bir mövsüm isə yaz aylarıdır. Yazda üz dərisini əsasən ultrabənövşəyi şüalarından qorumaq vacibdır. Həmin aylarda xüsusən maskalar və qoruyucu kremlər düzgün seçilməlidir. Dəriyə qulluq üçün istifadəsi məsləhət görülən təbii vasitələr kifayət qədərdir. Əsas odur ki. vaxtlı-vaxtında və zamanında düzgün şəkildə dərinin qayğısına qalasan”.