SON DƏQİQƏ

naxcivanxeberleri.com

Yayda sağlamlığımızın qeydinə necə qalaq?

Yayda sağlamlığımızın qeydinə necə qalaq?
22-05-2022, 19:10

Yay - ilin ən gözəl çağıdır. Çünki bu fəsil istilik və günəşli günlərin mövsümüdür. Yay yəqin ki, çoxları üçün ilin ən sevimli fəslidir. Günəş, isti hava, canlanan təbiət, dağlar və digər amillər məhz yayı yada salır.  Bəlkə də ən vacib məqamlardan biri bu fəslin tətillərlə yadda qalmasıdır. İstər işgüzar adamlar, istərsə də düz üç aylıq tətilə çıxan tələblər üçün nə qədər xoşdur.  Bu həm də ən uzunmüddətli məktəb tətilidir. Bunun üçün də bu mövsümü daha çox yeniyetmə və tələbə gənclər sevir. Yay həm də istirahət deməkdir axı. Bu istirahətin çalarları isə  müxtəlifdir.

 ... Hərdən aşırı qızmar günəşin şüalarından qorunmaq üçün meşəyə çəkilmək, yamyaşıl ağacların kölgəsində oturmaq, çiyələk, giləmeyvə toplamaq bir ayrı aləmdir.  Amma unutmayaq ki, istirahət zamanı düzgün məkan seçmək ən vacib amillərdən biridir. Yay aylarında istilərdən qorunmaq üçün daha  hara gedə bilərik? Bu  suala çoxlarımız və böyük əksəriyyət ən çox “dəniz kənarına, sahilə”  cavabı verəcəklər. Təbii ki onlar haqlıdırlar. Yay mövsümündə havanın və xüsusilə də dəniz suyunun hərarətinin yüksək olması çimərlikləri istirahətin bir nömrəli məkanı edir. Amma onu da unutmayaq ki, bu istirahətin də ölçüsü, həddi olmalıdır. O da faktdır ki, günün çox hissəsini qızmar günəş altında çimərlikdə keçirmək, uzun müddət fasiləsiz işlə məşğul olmaq, yürüşlər etmək qızmar yay günlərində insanları gün və isti vurma kimi real təhlükələrlə üzləşdirir. Gün və isti vurma halları - insan orqanizminin həddindən artıq qızması nəticəsində baş verir. Bu cür hallara ən çox uşaqlar, artıq çəkisi olanlar, ürək-damar və endokrin (daxili ifrazat) xəstəliklərindən əziyyət çəkənlər məruz qalır. Son zamanlar günəş ildən-ilə daha çox ultrabənövşəyi şüalar saçdığına görə gün və isti vurma faktları çoxalıb. Ona görə də yay istirahətini problemsiz başa vurmaq üçün bunları bilmək vacibdir.

   Gün vurmanın əsas əlamətləri qızarmış sifət, dəhşətli baş ağrısı və başgicəllənməsi ilə müşayiət olur.  Buna səbəb isə adətən  başın örtüksüz, bədənin açıq və qorumasız halda günəş şüası qəbul etməsidir. Yay aylarında bu fəsadlarla qarşılaşmamaq üçün məhz  düzgün məkan seçilməli, günəş şualarından qorunmaq üçün tədbir görülməlidir. Ancaq o da var ki, tətil üçün təkcə doğru məkan kifayət etmir. Məkanla yanaşı geyim tərzi də vacib amillərdən biridir. Fəsil dəyişdikcə geyimlərimiz də dəyişir. İnsanlar geyimlərə xüsusilə də yaz və yay aylarında daha çox diqqət yetirirlər. Lakin bu gün kişilərdən fərqli olaraq  xanımlarımızın əksəriyyəti geyim seçimində çətinlik çəkir. Bəzilərin isə nəyi və necə geyinməklə bağlı məlumatları azdır.

  Mütəxəssislərin fikrincə, isti aylarda geyimlərdə rənglərin rolu olduqca önəmlidir. Bəzən artıq çəkiyə malik  qadınlar qara rəngə üstünlük verərək bu rəngdə daha incə göründüklərini düşünürlər. Əslində, bu düzgün deyil. Tünd rəngli geyimlər qadınları zərif göstərsə də bu rəngli geyimlərdən soyuq aylarda istifadə etmək daha məqsədə uyğundur. Düzdür elə rəngli paltarlar var ki, insan onları düzgün seçəndə arıq görünə bilər. Yay aylarında müxtəlif rəngli geyimlər geyinmək xüsusən də,  ağ rəngli kombinlər etmək hər kəs  üçün daha rahat olar. Əks halda tünd rənglər günəş şüalarını çəkdiyi üçün sağlamlığa ciddi ziyan vura bilər. Ancaq doğru rəngləri və doğru materiallı geyimlər seçməklə hər kəs  gün boyu rahatçılığını təmin edə bilər.

 Geyimlərlə yanaşı yay aylarında qidalara da xüsusi önəm vermək lazımdır. Yay mövsümündə bir sıra  xəstəliklərin əsas səbəbi qidalanma ilə əlaqədardır.

Bu məqamda qeyd edək ki yay fəsli üçün xarakterik olan xəstəliklər sırasında həzm pozğunluqları, mədə-bağırsaq xəstəlikləri birinci yerdə durur. Təəssüf ki, əhalinin xeyli bir qismi qidalanma qaydalarına düzgün riayət etmir.  Bəs yay aylarında necə qidalansaq sağlamlığımızı qorumuş olarıq? Ən çox zəhərlənmə hallarının yay aylarında baş verdiyi bizə məlumdur. Bunun səbəblərisə  havanın temperaturunun yüksəlməsi, bəzi qida məhsullarının saxlanma şəraitinə düzgün əməl edilməməsi, həmçinin qidalanma zamanı bir sıra qaydaların gözlənilməməsidir. Bu mövsümdə bir qayda olaraq  yüngül və tez həzm olunan qidalara üstünlük verilməlidir. Havalar isti olduğuna görə orqanizmin suya olan ehtiyacı artır. Buna görə də ilk növbədə orqanizmin su ehtiyacının ödənməsi lazımdır. Yəni  gün ərzində ən azı 2 litr su qəbul eləməli və bol meyvə-tərəvəzdən istifadə olunmalıdır. Yay aylarında xəmir xörəkləri yemək məsləhət deyil. Çünki yayda xəmir xörəyi yemək insanda halsızlığa və yorğunluğa səbəb ola bilir. Un  məmulatlarından da yay aylarında az istifadə etmək lazımdır.

  Unutmaq lazım deyil ki, sağlam qidalanma sağlam həyat tərzi deməkdir. Yay tətilinizi maraqlı keçirmək istəyiriksə, ilk növbədə sağlamlığınızın qeydinə düzgün qalmalıyıq. İstər yediyiniz qidalar, istər  doğru məkan, istərsə də  doğru rəng seçimi olsun.  

 

Sevda Nəsir

Naxçıvan Dövlət Universiteti Jurnalistika ixtisası üzrə II kurs tələbəsi

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Haziran 2022    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930