SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Dövlət Universitetində mühəndislik ixtisasları üzrə tədris uğurla davam etdirilir

Naxçıvan Dövlət Universitetində mühəndislik ixtisasları üzrə tədris uğurla davam etdirilir
22-05-2022, 11:42

İKT sahəsi hazırda dünya iqtisadiyyatında ən çox inkişaf etmiş və gəlir gətirən sahələrdən biridir. O, davamlı iqtisadi inkişafa nail olmaq üçün son dərəcə mühüm vasitə hesab olunur. Hətta bir sıra inkişaf etmiş ölkələrin büdcə gəlirlərinin böyük hissəsi bu sektordan əldə olunan vəsaitlərin hesabına formalaşır. Bu səbəbdən Azərbaycan hökuməti həm İKT sektorunun inkişaf etdirilməsinə, həm də iqtisadiyyatın bir çox sahələrində yeni və qabaqcıl texnologiyaların tətbiq olunmasına maraq göstərir. Artıq Azərbaycan özünün elektron hökumət hazırlığını inkişaf etdirib, habelə qabaqcıl və yeni texnologiyaları tətbiq etməklə çox mühüm təcrübə qazanıb.

İKT sektoru hazırda Azərbaycan milli iqtisadiyyatında inkişaf sürətinə görə ikinci yeri tutur.

Texnologiyanın inkişafı nəticəsində iş yerləri və səriştələr insanlar və ya təşkilatların onlara  uyğunlaşmasından daha sürətlə dəyişir. Onlayn təhsil sahəsində ixtisaslaşmış "Coursera"  şirkətinin 2019-cu il üzrə Qlobal səriştələr indeksi göstərib ki, dünya əhalisinin üçdə ikisi mühüm praktiki vərdişlərdə geridə qalır.  "Pricever house coopers"un son sorğusuna görə, bacarıqların olmaması artıq dünyada biznes üçün üç əsas təhlükədən biridir.

 Bu səbəbdən də, universitetlər bütün dünyada  biliklərin qoruyucuları və insan kapitalının  əsas istehsalçılarıdır. Buna görə də ixtisaslı kadrların hazırlanmasında universitetlər  başlıca  rol oynamalıdırlar. Onlar yalnız  öz təhsil müəssisələrinin çərçivəsi ilə məhdudlaşa bilməzlər. Bir ekosistem yaratmaq və auditoriyanın əhatə dairəsini genişləndirmək, digər universitetlər, təhsil xidmətləri təchizatçıları ilə əməkdaşlıq qurmaq, onlayn təhsildən istifadə etmək üçün səy göstərmək lazımdır. Hər bir sahə kimi, universitetlərdə də rəqəmsal həllər tələb olunur.

Ən son texnologiyalardan istifadə edərək, universitetlər kampusdan kənara çıxa  və qlobal miqyasda bütün yaşdan olan,  akademik və ya sosial kateqoriyalı tələbələrin imkanlarını genişləndirə bilər. Bu isə öz növbəsində tələbələrə ali təhsil proqramlarına başlamazdan əvvəl daha qısa universitet tədris bloklarını mənimsəməyə imkan verir. Texnoloji formatlar, məsələn, mobil cihazlar üçün optimallaşdırılmış funksional imkanlar  tələbəni olduğu yerdə "qarşılayır", yalnız yeni tədris mühitinə daxil olanlar və ya təlimi bərpa edənlər üçün daha hamar keçidləri təmin edir. Daha inkişaf etmiş səviyyədə süni intellektə əsaslanan adaptiv metodikalardan istifadə universitetlərə milyonlarla insanın təhsilini daha səmərəli nəticələr əldə etməsi üçün fərdiləşdirməyə imkan verəcəkdir.

Müasir kampus standartlarına cavab verən, modern memarlıq elementləri ilə zəngin olan Naxçıvan Dövlət Universitetində texnologiyalar sahəsində ixtisaslı mühəndis kadrlar yetişdirilir.Bakalavriat səviyyəsində İnformasiya texnologiyaları, Elektrik və elektronika mühəndisliyi, Kompüter mühəndisliyi ixtisasları, magistratura səviyyəsində isə İnformasiya texnologiyalarıvə telekommunikasiya sistemləri, İdarəetmədə informasiya sistemləri, İnformasiya mühavizəsi və təhlükəsizliyi ixtisasları İKT üzrə savadlılığın artırılması, tədris prosesində interaktiv texnologiyalar, elektron məzmun, layihə metodikası və müasir tədris strategiyalarından istifadə istiqamətləri üzrə araşdırmalara arxalanan məzmun, yüksək səviyyəli təlim metodları, ən son trendlər və texnologiyaları özündə birləşdirməkdir.

Bu ildən qəbuluna başlanan Proseslərin Avtomatlaşdırılması mühəndisliyi ixtisası müasir istehsalın və texnoloji proseslərin yüksək dərəcədə avtomatlaşdırılmasını və bu avtomatlaşdırılma prosesində tətbiq olunan texniki vasitələrin, sistemlərin və qurğuların layihələndirilməsi, istehsalı və texniki istismarı üzrə mütəxəssis hazırlığını nəzərdə tutur.

Proseslərin Avtomatlaşdırılması mühəndisliyi ixtisasının tələbələri mənimsədikləri bilik, bacarıq və vərdişlərin nəticəsində mülki aviasiyada, dəmiryolu nəqliyyatında, gəmiçilikdə, avtomobil nəqliyyatında və eləcə də digər sahələrdə avtomatlaşdırma sistemlərinin və qurğularının layihələndirilməsi və istismarında müasir kompüter və informasiya texnologiyalarından, sahə üzrə tələb olunan proqram  təminatından istifadə etməyi bacaran yüksək ixtisaslı mutəxəssislər kimi formalaşacaqlar.

Naxçıvan Dövlət Universiteti ilə dünyanın mühəndis hazırlayan ilk universiteti İstanbul Texniki Universiteti arasında əməkdaşlıq müqaviləsinin imzalanması Texnopark sahəsində əməkdaşlıq, birgə layihələrin icrası istiqamətində mühüm rol oynayır. Həmçinin əməkdaşlıq müqaviləsinə əsasən süni intellekt texnologiyaları, kompüter, elektrik və elektronika mühəndisliyi üzrə ikili diplom  layihələri də müzakirə edilən əsas məsələlərdən olub. Texnopark sahəsində birgə fəaliyyəti həyata keçirmək, İTU-nun texnopark sahəsində təcrübəsindən yararlanmaq, birgə seminarlar keçirmək bu ixtisaslara olan marağı daha da artırmaqdadır.

"Muxtar respublikada innovasiyayönümlü iqtisadiyyata keçid, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan xidmət sahələrinin genişləndirilməsi, elmi tədqiqatların aparılması və nəticələrinin sənayedə tətbiqi ali təhsil müəssisələrində müasir komplekslərin yaradılmasını zərurətə çevirir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dekabrın 14-də Naxçıvan Dövlət Universitetində Texnologiyalar Parkının yaradılması haqqında Sərəncamı yeni elmtutumlu texnologiyaların işlənməsi və tətbiqi, yeni texnologiyaların işlənməsi və qlobal bazara çıxarılması, layihələrin inteqrasiyası nanoüzrə ixtisaslaşdırılmış kadrların hazırlanması sahəsində böyük töhfə verəcəkdir.

 Hüseyn Əsgərli

Naxçıvan Dövlət Universitetinin İnformasiya

Kommunikasiya Texnologiyaları və Elektron

təhsil şöbəsinin müdiri

Elektronika və informasiya texnologiyaları

kafedrasının müəllimi

 

 

 

 

 

 

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Haziran 2022    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930