16:03 - Azərbaycan yanğınsöndürənləri Türkiyədən yola salınıb
15:43 - Azərbaycan XİN Ermənistanın Qarabağa hərbçi göndərəcəyilə bağlı məlumata münasibət bildirib
15:13 - Qurban bayramı günlərində AQTA nəzarət tədbirlərini gücləndirəcək
14:51 - İƏT-in sessiya iştirakçılarının Qarabağa səfəri başlayıb-FOTO
14:36 - Azərbaycan və Qətərin Baş prokurorları görüşüb-FOTO
14:26 - DİM iyulun 6-7-də imtahan verəcək abituriyentlərə müraciət edib
14:16 - Aşqabadda Azərbaycan və İran prezidentlərinin görüşü olub-FOTO
14:12 - Əli Əsədov Qətərin Baş prokuroru ilə görüşüb
14:08 - Azərbaycan ilə Pakistan arasında hərbi sahədə əməkdaşlıq uğurla inkişaf edir-FOTO
13:49 - “Qarabağın tarixi” mövzusunda müsabiqə elan edilib
13:20 - Madriddə NATO-nun sammiti başlayıb
12:41 - Bu gün Azərbaycandan zəvvarların ilk qrupu Həcc ziyarətinə yola düşür
12:18 - Tarixi əhəmiyyətli əşyaları gömrük sərhədindən gizli keçirmək cəhdi alınmadı-FOTO, VİDEO
Təbəssümünü sədəqə ver...
Sədəqə dediyimizdə hər kəsin ağlına öncə maddiyyat gəlir. Çoxları isə elə bu məsələyə görə heç sədəqənin nə olduğunu bilmir, adını belə eşitməyib. Peyğəmbərimiz (s.ə.s) “Təbəssüm sədəqədir” deyə buyurmuşdur. Gəlin bunu özümüzə bir daha sual edək və düşünək. Təbəssüm elə bir nemətdir ki, bu nemətin qarşılığında nə bir şey alırıq, nə də əlavə nəsə veririk. Heç bir qarşılıq gözləmədən və ən “gözəli” heç bir maddiyyat ödəmədən verilən sədəqə... Tanrının bizim üçün yaratdığı bu şərait necə də təbəssümə layiqdir. Heçnə gözləmir qarşındakı səndən... Sadəcə kiçik bir təbəssüm. Bəlkə də, o bir təbəssümlə neçə qəlblər sevinəcək, üzlər güləcək. Təbəssümünlə qarşındakı insanı razı sala bilər həm də onun əhval-ruhiyəsini də yaxşılaşdıra bilərsən. Təsəvvür edin ki, evdə atanızdan hər hansısa bir iş üçün icazə almaq istəyirsiniz. Ancaq vəziyyət hansısa səbəbdən gərgindir və sən bundan çəkinirsən. Elə bu məqamda içdən gələn səmimi bir gülüş ilə atana yaxınlaşıb əvvəlcə onun halını soruşub onun əhvalını qaldıra bilər, daha sonra məqsədinə çata bilərsən. Ətrafımızda nə qədər bu şirin nemətdən məhrum olmuş insanlar var. Gülməyi belə unudan bu cür insanların həyatlarıda süni və çətin olacaq sadəcə bir gülüş. Nə qədər çətin ola bilər axı. Niyə özünü ciddi, qorxunc göstərirsən? Ətrafındakılara təbəssüm et. Bax gör hər şey necə dəyişək.
Məlumat üçün qeyd edim ki, qaş-qabaq töküb qəzəblənmək üçün 103 əzələ, gülümsəmək üçün isə sadəcə 12 əzələ hərəkət edir. Belə olduğu halda məncə gülmək o qədər də çətin olmamalıdır. Təbəssüm, gülüş dedikdə ağlımıza kiçik və xoşagələn mimiklər olmalıdır.
Peyğəmbərimiz (s.ə.s) gülümsəmənin sədəqə olduğunu bildirmişdir. Özündən keçib qəh-qəhə çəkməyin isə savabı olmayıb əksinə bəyənilmədiyini bildirib. Təsəvvür elə özündən keçmisən, gülməkdən artıq yerlərdəsən. İfadənin özü belə nə qədər eybəcərdir elə deyilmi? İndi gör o vəziyyətdə olanda sən necə görsənəcəksən. Özünü nə cür tanıtmış olarsan ətrafındakılara? Hər şey yerində və qədərində gözəl olduğu kimi gülüşündə yeri və qədəri gözəldir. Mövlanə demişdir: “İnsanın necə güldüyündən ədəbini, nəyə güldüyündən ağlını anlaram”. Necə gözəl və hikmətli sözdür. Çalışın siz ədəbi düşünülənlərdən olmayın.
Təbəssümünlə qarşındakı insana həm səmimiyyət göstərir, həm qəlbini əks etdirir həm də ona yüksək motivasiya verirsən. Və bu onu dərhal anlayır. Vay üzümüzə süni təbəssümlə üzümüzə gülən, arxamızca danışan insanlardan. Allah bizi belə insanlardan və elə insan olmaqdan uzaq etsin. Biz burada dinimizin yüksəkliyinə, ucalığına şahid oluruq. Dinimiz ikrama böyük əhəmiyyət verir. Kasıb insan belə bu gözəllikdən məhrum qalmaz. Pulun yoxdu? Onda təbəssümünlə sədəqə ver. Saxta gülüşlərin bol olduğu bu dünyada əsl gülüşlərin yox olmaması diləyi ilə.
Etibar Dərbəndəliyev Jurnalistika ixtisası üzrə IV kurs tələbəsi