16:44 - Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidentinə təşəkkür edib
16:22 - İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla görüşüb - FOTO, YENİLƏNİB
16:10 - Aşqabadda sammit başlayıb, İlham Əliyev toplantıda iştirak edir - FOTO, YENİLƏNİB
16:03 - Azərbaycan yanğınsöndürənləri Türkiyədən yola salınıb
15:43 - Azərbaycan XİN Ermənistanın Qarabağa hərbçi göndərəcəyilə bağlı məlumata münasibət bildirib
15:13 - Qurban bayramı günlərində AQTA nəzarət tədbirlərini gücləndirəcək
14:51 - İƏT-in sessiya iştirakçılarının Qarabağa səfəri başlayıb-FOTO
14:36 - Azərbaycan və Qətərin Baş prokurorları görüşüb-FOTO
14:26 - DİM iyulun 6-7-də imtahan verəcək abituriyentlərə müraciət edib
14:16 - Aşqabadda Azərbaycan və İran prezidentlərinin görüşü olub-FOTO
14:12 - Əli Əsədov Qətərin Baş prokuroru ilə görüşüb
14:08 - Azərbaycan ilə Pakistan arasında hərbi sahədə əməkdaşlıq uğurla inkişaf edir-FOTO
Zəfərin mübarək, Azərbaycan
Bir sevgidən danışmaq istəyirəm- Vətən sevgisindən. Dünya boyda, qəlbimizdə beşikdən ta məzaracan yaşayan və heç zaman sönməyən sevgidən. Bizi həyata, doğulduğumuz yurda, elə- obaya bağlayan bir qüdrətdir bu sevgi. Vətən sevgimiz sonsuzdur, böyükdür, çünki Vətən elə bizim özümüzdür. Onun uğruna can verməyə, qan tökməyə hazırıq. Amma bir qədər nisgil vardı bu sevgimizdə. 30 il idi ki, bu Vətənin təməli, özəyi olan torpaqlarımızın bir hissəsi işğal altında idi. Deməli sevgimiz də, özümüz də yaralı, nisgilli idik. Məhz buna görə biz 30 il boyu hər gün işğalda olan torpaqlarımızın acısını, həsrətini çəkdik. Bu qara tale bizim üçün unudulmaz, hətta utancverici, qara bir tarix idi. Torpaqlarımızın işğalı təkcə ərazimizin bütövlüyünə, tamlığına deyil, milli ruhumuza da böyük zərbə, zədə vurmuşdu. Hər birimizin doğulduğu məmləkətdə, kənddə, şəhərdə uşaq ikən evdən məktəbə qədər getdiyimiz yolda sanki elə bir bina yox idi ki, şəhid büstü, elə bir həyət yox idi ki, Şəhid bulağı tikilməsin. Kədərli baxışlarla boylanırdı o şəhidlər əbədi həkk olunduqları o şəkillərdən. Təkcə ürəklər deyil, binalar, həyətlər də yaralı idi...
Amma tarixin ən acı sınaqlarından şərəflə, zəfərlə çıxan Azərbaycan xalqının ürəyində olan Vətən sevgisi bitib tükənmirdi. Bu acıyla, ağrıyla yaşasa da bir an da olsun onu gələcəyə ümidlə aparan Vətən sevgisini unutmur, onu bir alov kimi daha da gücləndirirdi. Bu güc bir gün bizim olan torpaqların işğaldan azad olacağının inamı idi.
Bir payız günündə sanki günəş daha parlaq şəfəq saçdı və həmin an gəldi... Artıq neçə il idi ki, işğalda olan torpaqlarımız igid oğlanlarımızın, ordumuzun və bu ordunun Müzəffər Ali Baş Komandanının şücaəti, qətiyyəti ilə geri alındı. Tariximizə yeni bir Qələbə, Zəfər yazıldı. Amma biz bu qələbəni asan qazanmadıq. 44 gün davam edən haqq savaşında qəhrəmanlarımız bir an belə ruhdan düşmədən, geri çəkilmədən, yüksək ruhla mübarizəni davam etdirdilər.
Budur noyabrın 10-nu, Azərbaycan xalqı sevinc içindədir. Xalqımız qələbə sevincini qurur hissi ilə yaşayır. Onun buna haqqı da var. 30 ildir dözür, savaşır və bir an da olsun o torpaqları unutmur. Nəticədə Azərbaycan Ordusu və dövləti bütün dünyaya nəyə qadir olduğunu sübut edərək, yeni tarix yazır. Dünyanı heyrətə gətirən bir döyüş tarixi, Şuşa fatehlərinin qəhrəmanlığı artıq dünyanın hərb dərsliklərində yer alıb. Dünənə qədər uşaq, yeniyetmə, “bığ yeri yenicə tərləyən” gənc saydığımız oğullar bir gecənin içində xalq qəhrəmanına çevrildilər. Heç kəsin tarixdən silə bilməyəcəyi Azərbaycan tarixini silahları və hünərləri ilə qələmə aldılar.
Biz müharibənin davam etdiyi 44 gündə də, böyük Zəfərin elan olunmasından keçən günlər ərzində də xalqımızın, ordumuzun nə qədər birlik, necə qüdrətli, hansı gücə malik olduğumuzun şahidinə çevrildik. Artıq bu gün dünyanın hər yerindən gözəl Qarabağın, Şuşanın sorağı gəlir. Ağlaya – ağlaya sevinən analarımızın da dilinin əzbəridir Qarabağ. İndi yollarımız Cıdır düzünəcən baş alıb gedir. Müzəffər Ali Baş Komandanımız, mübariz iradəli İlham Əliyevin "dəmir yumruğ"u sayəsində qazandığımız Zəfər əbədi qürurumuzdur. Bir daha təsdiqləndi ki, Azərbaycan xalqı yenilməz xalqdır, Azərbaycan dövləti məğlubedilməz və güclü dövlətdir. Saatın əqrəbləri dayanmadan bizi Qarabağımızın sözün əsl mənasında cənnətə çevriləcəyi günlərə aparır. Buna görə biz Müzəffər Ali Baş Komandana, onun qüdrətli Ordusuna, qazilərə və Vətən sevgisiylə ürəkləri əbədi döyünən qəhrəman Şəhidlərə borcluyuq !
Səbinə Əliyeva Jurnalistika ixtisası üzrə III kurs tələbəsi