00:05 - Günün qoroskopu-08.08.2022
23:41 - ABŞ azərbaycanlı gənclərə diplomatik təcrübə keçəcək
22:30 - Ermənistan ordusunun hərbçiləri ölüb
21:30 - Ərdoğan yerli “Togg” elektrik avtomobilini sınaqdan keçirib
18:30 - Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib (VİDEO)
18:10 - Azərbaycanda son sutkada peyvənd olunanların sayı açıqlanıb
18:00 - Azərbaycanda daha 469 nəfər COVID-19-a yoluxub
17:57 - İsrail Misirin vasitəçiliyi ilə Qəzzada atəşkəslə bağlı danışıqlar aparır
16:57 - Rusiyada koronavirusa yoluxanların sayı kəskin artıb
15:23 - Antalyada zəlzələ olub
14:30 - Əfqanıstanın paytaxtında partlayış baş verib
12:50 - Sabah yağış yağacaq, külək əsəcək
11:48 - Ceyhun Bayramov Türkiyəyə səfər edəcək
09:47 - Musiqi, incəsənət, rəssamlıq, muğam məktəblərinin müəllimləri üçün imtahan keçiriləcək
Dünyada ölkədaxili məcburi köçkünlərin sayı 59 milyonu ötüb
Münaqişə və təbii fəlakətlər səbəbindən ötən il dünyada məcburi köçkünlərin sayı artıb.
NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, 2021-ci ildə ölkə hüdudları daxilində yaşayış yerini tərk etmək məcburiyyətində qalanların sayı 59,1 milyon nəfər olub. Bu barədə hesabatı Beynəlxalq Daxili Köç Monitorinqi Mərkəzi (IDMC) yayıb.
Ötən il Cənubi Sahara ən çox daxili qaçqının qeydə alındığı region olub. Təkcə Efiopiyada beş milyon insan yaşayış yerini tərk etməli olub. Bu ölkədə quraqlıq və Tiqray regionundakı hərbi münaqişə qaçqınların sayını artıran amillərdir.
Konqo Demokratik Respublikası, Əfqanıstan və Myanmada da məcburi köçkünlərin sayında artım müşahidə olunub. Yaxın Şərq və Şimali Afrikada isə son on ilin ən aşağı göstəriciləri qeydə alınıb. Eyni zamanda, Çin, Filippin və Hindistan kimi ölkələrdə də ötən il təbii fəlakətlər insanları öz yaşayış yerlərindən didərgin salıb.
Ukrayna böhranını nəzərə alaraq, qurumun ekspertləri bu il məcburi köçkünlərin sayının kəskin artacağını proqnozlaşdırırlar. Ukraynada hərbi əməliyyatlar nəticəsində bu ilin iki ayı ərzində ölkədaxili məcburi köçkünlərin sayı səkkiz milyondan çox olub.