SON DƏQQƏ

naxcivanxeberleri.com

Sədərəkdə ustad dərsləri keçirilib

Sədərəkdə ustad dərsləri keçirilib
20-05-2019, 09:00

Sədərək Rayon Uşaq Musiqi Məktəbində tar, fortepiano, kamança, qarmon ixtisasları üzrə təhsil alan şagirdlər və müəllim üçün ustad dərslər keçirilib.



Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, dərslər başlanmazdan əvvəl Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşı Leyla Əlimərdanova çıxış edərək bildirib ki, bu dərslərin keçirilməsində əsas məqsəd tədrisin keyfiyyətinin yüksəldilməsinə, şagirdlərin bacarıq və qabiliyyətlərinin inkişaf etdirilməsinə nail olmaqdır.

Sonra muxtar respublikanın təcrübəli müəllimlərindən tar ixtisası üzrə Naxçıvan Musiqi Kollecinin müəllimi Atabəy Qurbanov, fortepiano ixtisası üzrə Naxçıvan Şəhər Ə.Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin müəllimi Aynurə Rəcəbova, kamança ixtisası üzrə Naxçıvan Musiqi Kollecinin müəllimi Məmməd Xəlilov, qarmon ixtisası üzrə Naxçıvan Musiqi Kollecinin müəllimi Elşən İsmayılov müəllim və şagirdlərə ustad dərsi keçiblər.

Fortepiano ixtisası üzrə ustad dərsi aparan Aynurə Rəcəbova bildirib ki, pianoçular ifa etdikləri janrlara, üslublara bələd olmalıdırlar. Tədris prosesində əsərlərin ifası zamanı intonasiya, fikir, obraz, dramaturgiya və başqa bədii ifadə vasitələrini düzgün yerinə yetirmək lazımdır.

Atabəy Qurbanov ustad dərsdə bildirib ki, qədim musiqi alətlərimizdən biri də tardır. Müəllim tar tədrisinin metodikasını dərindən bilməlidir. Tədris prosesində müəllim tar musiqi alətində çalmağı öyrədərkən şagirdə təcrübələrini də aşılamalı, fərdi xüsusiyyətlərini nəzərə alaraq onlara yaradıcı mövqedən yanaşmalıdır.

Kamança ixtisası üzrə ustad dərsində Məmməd Xəlilov bu qədim musiqi alətimiz haqqında geniş məlumat verərək onun yaradıcılıq imkanlarını izah etdikdən sonra kamançada ifa olunan əsərlər haqqında şagirdləri məlumatlandırıb. Qeyd edilib ki, bir sıra milli musiqi alətləri kimi kamançada da şagirdə təcrübə vərdişləri aşılamaq və onlara fərdi mövqedən yanaşmaq lazımdır.

Qarmon ixtisası üzrə ustad dərsi keçən Elşən İsmayılov qarmon alətində ifa olunan milli musiqi janrlarının xüsusiyyətləri haqqında ətraflı şəkildə məlumat vermişdir.

Ustad dərsləri başa çatdıqdan sonra müəllim və şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.




Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930