23:30 - Vətənə, yurda sevgi aşılayan, turizmə maraq yaradan məkan...
22:30 - BMT Baş katibi və Ərdoğan Ukraynaya gedir
21:30 - Finlandiyada ikili vətəndaşlığın ləğvi təklif olunub
20:56 - Avropada qazın qiyməti martdan bəri ilk dəfə 2600 dolları ötüb
20:15 - İranda meymunçiçəyinə ilk yoluxma qeydə alınıb
19:58 - Sağlamlıq imkanları məhdud şəxslər arasında armrestlinq üzrə muxtar respublika birinciliyi keçirilib
19:18 - Azərbaycan cüdoçuları İslamiadanı 5 medalla başa vurublar
18:30 - “ANAMA” sənədli filminin çəkilişləri yekunlaşıb-FOTO
18:00 - Türkiyə və Ukrayna müdafiə nazirləri arasında telefon danışığı olub
17:30 - Ukrayna DİN: "Müharibənin sonu hələ çox uzaqdadır"
17:07 - "Snayper həddi" müsabiqəsində sınaq atışları yerinə yetirilib-FOTO
16:59 - Ukrayna Prezident Ofisi: "Dünyanın dəstəyinə ehtiyacımız var"
16:31 - MSK Katibliyinin yeni strukturu və ştat cədvəli təsdiqlənib
Zəfər Parkının tikintisi davam etdirilir
NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, İkinci Qarabağ müharibəsində Azərbaycanın igid oğulları öz qəhrəmanlıqları ilə dastan yazdılar. 30 illik arzumuzu gerçəkləşdirən minlərlə cəsarətli, şücaətli qəhrəman oğullarımız 44 günlük haqq-ədalət mübarizəmizdə şəhidlik zirvəsinə ucaldı. Qələbə sevincini bizə yaşadan Vətən oğulları dövlətimiz tərəfindən ən ali mükafatlarla təltif edildilər. Ölkəmizin ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında igidlik və şücaət göstərmiş naxçıvanlı hərbi qulluqçular da müxtəlif orden və medallarla mükafatlandırıldı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən şəhid ailələrinə və qazilərə mənzillər və avtomobillər təqdim olundu. Qələbəmizin memarı olan, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan, hər zaman qürurla, ehtiramla anılan Naxçıvanın qəhrəman oğullarının əziz xatirələrinin əbədiləşdirilməsi üçün şəhərimizin Heydər Əliyev prospektində, Möminə xatın abidəsinin yaxınlığında bu ilin mart ayından Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi tərəfindən Zəfər Parkı inşa edilməkdədir. Ümumi sahəsi 6400 kvadratmetrdir. Parkın mərkəzində ucaldılmaqda olan Zəfər abidəsi özünəməxsus quruluşu və görkəmi ilə seçilməkdədir. Parkın 640 kvadratmetr ərazisini əhatə edən abidə yerdən 12 metr hündürlükdə olacaq, aypara və səkkizguşəli ulduz şəklində dizayn ediləcəkdir. Bununla yanaşı, parkda kollektiv yürüşlərin təşkili məqsədilə eni 6, uzunluğu 100 metr olacaq geniş yol da salınacaq və ərazidə həmişəyaşıl, dekorativ bitkilər əkiləcək.