SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Dövlət Universitetində elmi konfransı keçirilib

Naxçıvan Dövlət Universitetində  elmi konfransı keçirilib
13-05-2022, 21:45

Konfransın plenar iclasını giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev ikinci dəfədir keçirilən konfransın əhəmiyyətindən danışıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, qeyd olunub ki, son illər ali təhsil ocağında alternativ tibblə bağlı dərs vəsitləri, nəşrlərin sayı artaraq bu sahəyə maraq güclənib. Rektor tədbiri açıq elan edərək konfrasın işinə uğurlar arzu edib.

Tədbirə onlayn qatılan Azərbaycan Milli Elmlər Akademiyası Botanika İnstitunun professoru Səyyarə İbadullayeva “Alternativ təbabətdə bitkilərin istifadəsi” mövzusunda slayd vasitəsilə çıxış edib. Diqqətə çatdırılıb ki, respublika ərazisində bitən 1500 dərman bitkisindən 800-ü tərəvəz, 2800-ü yem, 1100-ü isə efir yağlı aromatik bitkilərdir. Tədbirdə yabanı bitkilərin istifadəsində ortaya çıxan problemlər, Azərbaycan florasında olan bitkilərin xalq təbabəsində istifadəsi, dərman bitkilərinin toplanması zamanı diqqət edilməli qaydalar,  dərman bitkilərinin kimyəvi tərkibi və yayılma aeralı məsələlərinə aydınlıq gətirilib. Bundan başqa Baytarlıq təbabətində istifadə olunan müalicəvi əhəmiyyətli bitkilər, heyvan xəstəlikləri zamanı işlədilən dərman bitkiləri, efir yağlarının alınması üsulları eyni zamanda alternativ tibb metodlarında yeni tədqiqat istiqamətləri barədə ətraflı məlumat verilib.

Türkiyənin Qaradəniz Texnik Universitetinin professoru Sevgi Kolaylı “Propolisin alternativ tibbdə əhəmiyyəti” adlı onlayn çıxışında arıdan hazırlanan məhsulların istifadəsindən bəhs edərək Propolis nədir, propolisin bitki mənşəli mənbələri, onun əhəmiyyəti, propolisin xarici quruluşu haqda danışıb.

Qaradəniz Texnik Universitetinin professoru Oktay Yıldızın “Arı südünün alternativ tibbdə əhəmiyyəti” mövzusunda onlayn çıxışı dinlənilib. Professor arı südü və güləmin hazırlanma mərhələsi və istifadəsi, fermentasiya mexanizmləri, probiotik, arı südünün funksional xüsusiyyətləri barədə geniş məlumat verib.

Azərbaycan Tibb Universtetinin professoru Fikriyyə İbrahimli “Biotəmizləyici terapiya- xroniki xəstəliklərin müalicəsində yeni yanaşmalar” mözvusunda danışaraq interaktiv tibb, interaktiv təbabətdə müalicə üsulları eyni zamanda  insan orqanizminə təsir edən xroniki xəstəliklər, ekzogen yaxud endogen stress faktoru kimi məsələlərə aydınlıq gətirib.

Sonra konfrans bölmə iclasları ilə işini davam etdirib. Tibb fakültəsinin akt zalında keçirilən I bölmə iclasında “Müasir tibbi praktikada alternativ təbabətin tətbiq üsulları” sahəsində 50-ə yaxın müəllimin 32 mövzuda çıxışı dinlənilib. Baytarlıq təbabəti kafedrasında keçirilən “Fitoterapiya” sahəsi üzrə II bölmədə davam edən iclasda 24 mövzuda 40-a yaxın müəllim çıxış edib.  

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    May 2022    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031