SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda 15 may-Beynəlxalq Ailə Günü qeyd olunub - FOTO

Naxçıvanda 15 may-Beynəlxalq Ailə Günü qeyd olunub - FOTO
13-05-2022, 19:54

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Təbriz” mehmanxanasının tədbirlər zalında  “15 may –Beynəlxalq Ailə Günü”  ilə əlaqədar  tədbir keçirilib.

Komitənin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək bildirmişdir ki, cəmiyyətimiz üçün həmişə müqəddəs hesab olunan Azərbaycan ailəsi öz möhkəmliyi ilə bu gün dünya ölkələri arasında fərqlənir.

Bildirilmişdir ki, ailələrin müdafiəsi, ailə dəyərlərimizin qorunması ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyətin rəhbərliyi ilə 1995-ci il 12 noyabr tarixində referendumla qəbul olunan müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasında ailə cəmiyyətin özəyi kimi təsbit edilmiş və dövlətin xüsusi himayəsində olduğu qeyd olunmuşdur. Həmçinin 1999-cu ildə qəbul edilən Azərbaycan Respublikasının Ailə Məcəlləsi ailə münasibətlərinin tənzimlənməsini özündə əks etdirən əsas hüquqi sənəddir. Bundan əlavə, ölkəmizdə ana və uşaqların sağlamlığının

möhkəmləndirilməsi, əhalinin reproduktiv sağlamlığının qorunması, sağlam uşaqların doğulması üçün zəruri şəraitin yaradılmasını nəzərdə tutan bir sıra qanunlar və dövlət proqramları qəbul edilmişdir.

Komitə sədri qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən ailə siyasəti tarixi keçmişimizə, min illərdən süzülüb gəlmiş milli-mənəvi dəyərlərimizə və əsrlərlə formalaşmış ailə münasibətlərinə əsaslanır. Bu gün ölkədə uğurla həyata keçirilən sosial-iqtisadi layihələr ailələrin rifahının yaxşılaşdırılmasına, sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir.

 Muxtar respublikamızda da dövlət ailə siyasətinin uğurla həyata keçirildiyini diqqətə çardıran R.Seyidova Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2007-ci il 28 sentyabr tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılmasının ailə institutunun formalaşdırılmasında əhəmiyyətli rol oynadığını qeyd etmişdir.  Məlumat verilmişdir ki,  bu gün Naxçıvan Muxtar Respublikasında 98 min 502 ailə yaşayır ki, bunlardan 550-i şəhid ailəsidir. Bütün ailələrə maddi və mənəvi dəstək dövlətin diqqət mərkəzindədir. Onların maddi-sosial rifahının yaxşılaşdırılması üçün müxtəlif tədbirlər görülür, gənc ailələrin mənzillə təmin olunması məqsədilə ipoteka kreditləri verilir.

Komitə sədri bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin aidiyyəti dövlət orqanlarına verdiyi tapşırığa əsasən muxtar respublikada yaşayan xüsusi qayğıya ehtiyacı olan ailələrə mütəmadi olaraq baş çəkilir, onlara bayram günlərində hədiyyələr  təqdim olunur, müavinətlər verilir. Təkcə 2022-ci ilin ilk rübündə muxtar respublikada hər bir nəfərə düşən aylıq gəlirləri ehtiyac meyarından aşağı olan 388 ailəyə ünvanlı dövlət sosial yardımı ödənilmişdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısının nəticəsi olaraq muxtar respublikada müharibə veteranlarına, şəhid ailələri və hərbi xidmət zamanı sağlamlığını qismən itirmiş vətəndaşlara, eləcə də hərbi qulluqçuların, alim və fəaliyyət göstərdiyi sahədə uğurları ilə seçilən şəxslərin ailələrinə mənzillər verilmişdir. Bundan əlavə, Naxçıvan şəhərində  və rayonlarda yeni binalar tikilir, həmçinin gənc ailələr üçün “Gənclər şəhərciyi” yeni yaşayış kompleksləri salınır və gənc ailələr güzəştli ipoteka yolu ilə mənzil sahibi olurlar. Qeyd edilmişdir ki, xüsusi qayğıya ehtiyacı olan ailələr, həmçinin sosialyönümlü layihələrə cəlb edilir. Komitə tərəfindən 3 il ərzində icra olunan sosial layihələrdə ümumilikdə, 128 qadına 86 min 250 manat dəyərində sərmayə kapitalı verilmişdir. Cari il ərzində 50-dən artıq ailəyə sərmayə kapitalının verilməsi  nəzərdə tutulmuşdur.

Bildirilmişdir ki, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq muxtar respublikanın rayonlarında və kəndlərində, eləcə də qadınlar və gənclər  arasında müvafiq mövzularda konfranslar, seminarlar keçirir, yazı və rəsm müsabiqələri təşkil edir, eləcə də kütləvi informasiya vasitələrində sağlam ailənin formalaşması, ailə dəyərləri, uşaqların tərbiyəsinə təsir edən amillərlə bağlı çıxışlar edilir, maarifləndirici tədbirlər görülür.

Komitə sədri qeyd etmişdir ki, qadınların sağlamlıqlarının qorunması, uşaqların sağlam böyüməsinin daim nəzarətdə saxlanılmasının nəticəsidir ki, muxtar respublikada bu sahədə müsbət nəticələr əldə olunmuş, ana ölümü sıfra, uşaq ölümü isə minimuma endirilmişdir.

R.Seyidova məlumat vermişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-cı il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq ailələrin, o cümlədən xüsusi qayğıya ehtiyacı olan ailələrin özünüməşğulluqlarının təmin edilməsi üçün müxtəlif sosial layihələr həyata keçirilir. Belə ki, ailələrə müxtəlif növdə aktivlər verilir ki, bu da muxtar respublikada ailə təsərrüfatlarının yaranmasına münbit şərait yaradır. Ailə təsərrüfatlarının yaranması da əhalinin, xüsusən də ailələrin özünüməşğulluğunun təmin edilməsində xüsusi rol oynayır. 01 yanvar 2022-ci il tarixli statistikaya əsasən muxtar respublikada 1238 ailə təsərrüfatı fəaliyyət göstərir ki, onlardan da 102-i qadınlar tərəfindən idarə  olunur.

Həmçinin qadınların məşğulluqlarının artırılması sahəsində görülən işlərdən sərgi-satışların keçirilməsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, ötən və cari ilin müvafiq dövrü ərzində Komitə tərəfindən sərgi-satışlarda, yarmarkalarda, fesitivallarda eləcə də muxtar respublikada fəaliyyət göstərən əl işləri mağazalarında ümumilikdə, 2237 adda əl işi və ailə təsərrüfatı məhsulları satılmışdır.

Komitə sədri muxtar respublikada ailələrə göstərilən yüksək qayğıya və dəstəyə görə bütün ailələr və tədbir iştirakçıları adından və öz adımdan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Cənab Vasif Talıbova öz dərin minnətdarlığımı bildirmişdir.

Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev çıxış edərək bildirmişdir ki, ölkə başçısı tərəfindən şəhid ailələrinə, milli qəhrəmanlara ödənilən Prezident təqaüdünün, müxtəlif meyarlar üzrə, o cümlədən ailə başçısını itirənlərə, beşdən çox uşağı olan qadınlara, habelə digər şəxslər üçün nəzərdə tutulan sosial müavinətlərin məbləği artırılmış, bu sahədə qanunvericilik bazası təkmilləşdirilmişdir.

Nazir qeyd etmişdir ki, muxtar respublikada təkcə ötən il 28 şəhid ailəsi mənzillə, müvafiq kateqoriyadan olan 28 nəfər avtomobillərlə təmin olunmuş, cari ildə isə daha 20 ailəyə mənzil və avtomobillər təqdim edilmişdir.

  1. Babayev qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Fərmanı əsasında yaradılmış “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu”nun vəsaitləri hesabına, 24 şəxsin muxtar respublika xaricində müalicə və müayinəsinə köməklik göstərilmiş, 19 ailənin kredit borcları ödənilmiş, 36 ailənin məişət şəraiti yaxşılaşdırılmış, 1 şəhid ailəsi üzvünün təhsil xərcləri qarşılanmışdır.

Həmçinin bildirilmişdir ki, postmüharibə dövründə, ümumilikdə 126 şəhidin 251 ailə üzvünə vəsiqələr verilmiş, 279 şəhid ailəsi üzvünə Prezident təqaüdü, 39 uşaq üçün sosial müavinət, 3 nəfərə Vətən Müharibəsi Qəhrəmanı üçün Prezident təqaüdü təyin edilmişdir. Bu müddət ərzində ailə üzvlərində müharibə iştirakçısı üzvü olan 78 ailə özünüməşğulluq proqramına cəlb edilmiş, məşğulluq sahəsində keçirilən digər tədbirlərdə bu kateqoriyadan olan ailələrə üstünlük verilmişdir. Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibə iştirakçıları və yaralananlar üçün yaradılmış Psixoloji Dəstək Xidmətində 40 nəfərdən artıq şəxsə xidmət göstərilmişdir.

Məlumat verilmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası əsasında həyata keçirilən sosial layihələrin icrası nəticəsində, bu günədək 5000-ə yaxın ailə üzvü olan 1845 ailə fərdi təsərrüfatlarını formalaşdırmaq üçün özünüməşğulluq proqramına cəlb olunmuşdur.

N.Babayev bildirmişdir ki, 300 nəfərə yaxın tənha ahıl və əlilliyi olan vətəndaşlara evlərində sosial xidmətlərlər göstərilmişdir. Həmçinin, aztəminatlı ailələrlə görüşlər keçirilmiş, əlamətdar günlərdə onlara bayram sovqatları təqdim olunmuşdur.

Tədbirdə iştirak edən uzunömrlü ailənin üzvləri Abdulla Nuriyev və Əbil Qasımov çıxış edərək ailələri əlamətdar gün münasibəti ilə təbrik etmiş, ailələrə göstərilən diqqət və qayğıya görə minnətdarlıq etmişlər. Uzunömürlü ailələrin üzvləri kimi gənc ailələrə öz tövsiyələrini vermişlər.

Sonra tədbirdə şəhid ailəsinin üzvü Gülay Novruzlu, hərbiçi ailəsinin üzvü Rəşad Bağırov və ailə təsərrüfatçısı Banuçiçək İsmayılova çıxış etmiş, ailələrin sosial rifah halının yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən görülən tədbirlərin ailələrə müsbət mənada əsaslı təsir göstərdiyini qeyd edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıq etmişlər.

Sonra Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu və Naxçıvan Muxtar Respublikasının Rəssamlar Birliyi ilə birlikdə elan olunmuş muxtar respublika üzrə gəncləri arasında “İdeal ailənini formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda IX muxtar respublika yazı və rəsm müsabiqəsinın mükafatlandırma mərasimi olmuşdur.   

 Tədbirdə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvü, baş fond mühafizi, sənətşünas, dosent Nizami Alıyev müsabiqə  ilə bağlı ətraflı  məlumat vermişdir. Bildirmişdir ki, muxtar respublikanın ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri, şagirdlər və gənclər arasında yazı, dekorativ tətbiqi sənət, rəsm və heykəltaraşlıq nominasiyası üzrə qaliblər  seçilmişdir. Qeyd etmuişdir ki, müsabiqəyə  rəsm,  dekorativ tətbiqi sənət və yazı üzrə 112 şəxsin 131 işi (44 inşa, 66 rəsm, 21 dekorativ) təqdim olunmuşdur. Nizamı Alliyev gəncləri  təbrik etmiş, yeni-yeni yaradıcılıq  uğurları  arzulamışdır.

Sonra  qaliblər  qiymətli hədiyyə və diplomla  mükafatlandırılmışlar.

Tədbir Naxçıvan Dövlət Filarmoniyasının, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının mahnı və rəqs ansamblının, 11 nömrəli Uşaq Bağçasının balaca fidanlarının və nümunəvi musiqiçi ailəsinin ifasında musiqi nömrələri ilə davam etmişdir.

 Sonda müsabiqəyə təqdim olunan işlərdən ibarət sərgiyə baxış olmuşdur.

 

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    May 2022    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031