SON DƏQİQƏ

naxcivanxeberleri.com

Təbiətimiz zənginləşir

Təbiətimiz zənginləşir
18-05-2019, 10:07

Naxçıvan Muxtar Respublikası ərazisində ekoloji tarazlığın qorunması sahəsində məqsədyönlü tədbirlər görülür, yeni meşə massivləri, meyvə bağları əkilir.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, aprel ayında bu məqsədlə “Duzdağ” otelinə gedən yolun kənarında 2 hektar sahədə badam, 1 hektar sahədə üzüm bağı əkilib, ƏshabiKəhf ziyarətgahına gedən yolun kənarlarında, Uzunoba Su Anbarı ətrafındakı ərazilərdə 3 hektar sahədə əkin-bərpa işləri görülüb, 4500 meyvə tingi və 3600 üzüm kolu əkilib. Təpə, yamac və yarğanlarda toxumla əkinin səmərəliliyi nəzərə alınaraq Ağbulaq kəndi ərazisindəki orta dağlıq yerlərdə, Uzunoba yaxınlığındakı təpəliklərdə və xüsusi mühafizə olunan təbiət ərazilərində 20 hektar sahədə 155 kiloqram toxum əkilib. Yaşıllaşdırma tədbirlərinin aparılmasında tingə olan tələbatın təmin edilməsi, ilboyu bərpa işlərinin davam etdirilməsi məqsədilə 1,5 hektar sahədə toxum səpilib. 5500 dibçəkdə ting salınıb, aidiyyəti idarə və müəssisələrə 30 mindən çox ting verilib. Köməklik məqsədilə nazirlik tərəfindən iki ailə təsərrüfatına 2200 ərik, alma, tut, badam və meşə tingləri verilib. Ötən ay fauna ehtiyatlarının qorunması, qanunsuz ov edilməsi hallarının qarşısının alınması məqsədilə 7 reyd-yoxlama keçirilib, 1 ətraf mühitin mühafizəsi qanunvericiliyinin tələblərinin pozulması halı qeydə alınıb və qanunauyğun tədbirlər görülüb. 20-dən çox yaşayış məntəqəsində, təbiət ərazilərində kompleks monitorinqlər aparılıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031