SON DƏQİQƏ

naxcivanxeberleri.com

"Arazboyu” Dövlət Təbiət Yasaqlığında ekoloji monitorinq keçirilib

20-12-2018, 12:22

Ətraf mühitin qorunması istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq “Arazboyu” Dövlət Təbiət Yasaqlığında ekoloji monitorinq keçirilib.

Nazirliyin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, monitorinqdə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları iştirak edib. Onlar köçəri quşların qışlama şəraiti ilə maraqlanıblar. Əsas məqsəd risk əhəmiyyəti daşıyan ərazilərdə quşlar aləminin və onların hansı ərazilərdən gəlməsinin öyrənilməsi və baş verə biləcək xəstəliklərə qarşı profilaktik tədbirlərin görülməsidir.

“Arazboyu” Dövlət Təbiət Yasaqlığının ərazisində nadir və nəslikəsilmək təhlükəsi olan fauna növləri yaşayır və qorunur. Muxtar respublika ərazisində mövcud olan 241 növ və yarımnöv quşların 85 faizdən çoxu bu ərazilərdə məskunlaşıb. Təsadüfi deyil ki, son 13 ildə yasaqlıq ərazisində yeni 10 quş növü aşkar edilib. Ötən müddətdə ərazilərdə meşələrin sahəsi isə 3 dəfədən çox artıb.

Xüsusi mühafizə olunan təbiət ərazilərində mütəmadi olaraq keçirilən belə monitorinqlər qarşıdakı aylarda da davam etdiriləcək.

Seyfur Hacımuradov

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031