SON DƏQİQƏ

naxcivanxeberleri.com

I rübdə Azərbaycanda avtomobil benzini istehlakı 7,3% artıb

I rübdə Azərbaycanda avtomobil benzini istehlakı 7,3% artıb
18-05-2019, 10:47

2019-cu ilin yanvar-mart aylarında Azərbaycanda 340,8 min ton dizel yanacağı, 309,9 min ton avtomobil benzini istehlak edilib.

NAXCİVANXEBERLERİ.COM Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, dizel yanacağının istehlakı ötən ilin I rübündən 5,5%, avtomobil benzinin istehlakı 7,3% çox olub.

Bu ilin I rübündə 88,7 min ton aviasiya üçün və sair ağ neft, 81 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 37,9 min ton maye qaz, 25,4 min ton neft bitumu, 12,4 min ton sürtkü yağları istehlak edilib.

Aviasiya üçün və sair ağ neft istehlakında 9,1%, neft-kimya sənayesində istifadə üçün benzin istehlakında 52%, maye qaz istehlakında 16,6% artım, neft bitumunun və sürtkü yağlarının istehlakında isə müvafiq olaraq 29,1% və 25,3% azalma qeydə alınıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    May 2019    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031