23:30 - Vətənə, yurda sevgi aşılayan, turizmə maraq yaradan məkan...
22:30 - BMT Baş katibi və Ərdoğan Ukraynaya gedir
21:30 - Finlandiyada ikili vətəndaşlığın ləğvi təklif olunub
20:56 - Avropada qazın qiyməti martdan bəri ilk dəfə 2600 dolları ötüb
20:15 - İranda meymunçiçəyinə ilk yoluxma qeydə alınıb
19:58 - Sağlamlıq imkanları məhdud şəxslər arasında armrestlinq üzrə muxtar respublika birinciliyi keçirilib
19:18 - Azərbaycan cüdoçuları İslamiadanı 5 medalla başa vurublar
18:30 - “ANAMA” sənədli filminin çəkilişləri yekunlaşıb-FOTO
18:00 - Türkiyə və Ukrayna müdafiə nazirləri arasında telefon danışığı olub
17:30 - Ukrayna DİN: "Müharibənin sonu hələ çox uzaqdadır"
17:07 - "Snayper həddi" müsabiqəsində sınaq atışları yerinə yetirilib-FOTO
16:59 - Ukrayna Prezident Ofisi: "Dünyanın dəstəyinə ehtiyacımız var"
16:31 - MSK Katibliyinin yeni strukturu və ştat cədvəli təsdiqlənib
Türk Ağsaqqallar Birliyinin sədri və təşkilat komitəsinin üzvləri Naxçıvan Dövlət Universitetində olub
Universitetin Diplomatiya kabinəsində keçirilən görüşdə ali təhsil ocağının rektoru Elbrus İsayev rəhbərlik etdiyi universitetin 55 illik tarixi inkişaf yolu, maddi-texniki bazası, müasir tədris üsulları haqda danışıb. Qeyd edilib ki, universitetdə 8000-dən artıq tələbə təhsili ilə 1000-ə yaxın akademik heyət məşğul olur.
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, rektor universitetin beynəlxalq əlaqələri, xarici ölkə universitetləri ilə bağladığı müqavilələr, qardaş Türkiyə Universitetləri ilə ikili diplom layihələrinin mövcudluğu haqda ətraflı məlumat verib. Ali təhsil ocağının qazandığı elmi nailiyyətləri diqqətə çatdıran rektor universitetdə İngilisdilli ixtisasların fəaliyyətindən söz açıb. Elbrus İsayev elektron təhsil şəbəkəsini quran ilk universitet kimi ali təhsil ocağında hibrid təhsil metodunun uğurla tətbiq edilməsindən danışıb.
Rektor Britaniya Şurasının universitetdə açdığı İELTS qeydiyyat və imtahan mərkəzinin fəaliyyətə başlamasını ali təhsil ocağının qazandığı nailiyyətlər sırasında qeyd edib. Vurğulanıb ki, mərkəzin ilk imtahanı bu ilin iyun ayında keçiriləcək. Elbrus İsayev qeyd edib ki, əcnəbi tələbələrin sayca üstünlüyü ilə ölkə universitetləri sırasında öz öncüllüyünü qoruyan ali təhsil ocağında 10 ölkədən 1500 tələbə təhsil alır.
TAİB sədri, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, akademik Sudeif İmamverdiyev təhsilin və tədrisin yüksək səviyyədə təşkilindən, muxtar respublikanın tələbləri nəzərə alınmaqla aparılan kadr potensialından xüsusilə razılığını ifadə edib.
Millət vəkili, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Hikmət Babaoğlu universitetin 55 illik yubileyi münasibətilə təbrik edib, ali təhsil ocağının inkişaf perspektivləri ilə bağlı müəyyən məqamlara toxunub, öz təklif və tövsiyyələrini çatdırıb.
Jurnalist, Ekspert Mərkəzinin rəhbəri Ceyhun Musaoğlu, TAİB Təşkilat Komitəsinin üzvü Eyvaz Hümbətov, Missiya Media Qrupunun baş redaktoru, Türk Ağsaqqalları Birliyinin Aparat rəhbəri Nicat Dağlar universitet haqda xoş təəssüratlarını bölüşüb, görülən işlərdən məmnunluq hisslərini dilə gətiriblər. Qeyd edilib ki, yaradılan şərait, qurub-yaradılan imkanlar hər kəsdən bu sahədə xüsusi bacarıqla işləmək və təhsil almaq imkanı yaradır.
Sonda TAİB sədri, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, akademik Sudeif İmamverdiyev universitetin xatirə kitabına ürək sözlərini yazıb.
Qeyd edək ki, Türk Ağsaqqallar Birliyinin sədri və təşkilat komitəsinin üzvlərinin iştirakı ilə universitetdə ustad dərsləri təşkil edilib.