SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bu il Azərbaycanda 708 əkiz, 27 üçəm doğulub

Bu il Azərbaycanda 708 əkiz, 27 üçəm doğulub
18-05-2019, 09:50

Azərbaycan əhalisinin sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, ilin əvvəlindən ölkə əhalisinin sayı 17653 nəfər artaraq 2019-cu il aprel ayının 1-i vəziyyətinə 9999110 nəfərə çatıb.

Əhalinin bir kvadrat kilometrə düşən sayı 115 nəfər olub. Əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Bu ilin yanvar-mart aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 32 402 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 13,3 təşkil edib.

Doğulanların 53,5 faizi oğlan, 46,5 faizi isə qız uşaqlarıdır. Körpələrin 708-i əkiz, 27-si isə üçəm doğulub.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Ekim 2022    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31