SON DƏQİQƏ

naxcivanxeberleri.com

Sədərək rayonunda ilk dəfə “Kətə” festivalı keçirilib

Sədərək rayonunda ilk dəfə “Kətə” festivalı keçirilib
30-04-2022, 19:57

Müstəqillik qazandığımız illərdən muxtar respublikamızda mütərəqqi təsərrüfat formalarının yaradılması üçün məqsədyönlü işlər görülüb və görülməkdədir. Həyata keçirilən inkişaf strategiyasının əsas prioritetlərindən biri də yaşayış məntəqələrində kiçik və orta sahibkarlığın genişləndirilməsi, yeni iş yerlərinin yaradılması və özünüməşğulluğun təmin olunmasıdır. Məhz ucqar ərazilərdə, sərhəd bölgələrimizdə də bu yolla daha çox iş imkanlarının yaradılması dövlətimiz tərəfindən həyata keçirilən sosial siyasətin mühüm tərkib hissəsi kimi diqqəti cəlb edir. Daxili bazarda yerli istehsalın xüsusi çəkisinin gündən-günə artması da bununla bağlıdır. Bu uğurların qazanılmasında yeni və mütərəqqi təsərrüfat forması olan ailə təsərrüfatlarının da böyük əməyi var. Naxçıvanda bu təsərrüfat forması ilə məşğul olan insanlara hər cür köməklik göstərilir. Görülən işlərin nəticəsidir ki, belə təsərrüfatların sayı ildən-ilə artır. Muxtar respublikanın bütün rayonlarında yaşayan ailələrə göstərilən qayğı, yaradılan şərait nümunəvi ailə təsərrüfatlarının iş təcrübəsinin yayılmasına imkan verir. Diyarımızda həyata keçirilən bir çox tədbirlər təsərrüfatlarının öz məhsullarını daha yaxşı tanıtmağa və aillə büdcəsini genişləndirməyə imkan verir. Muxtar respublikada keçirilən kənd təsərrüfatı yarmarkaları, satış-sərgilər və müxtəlif səpkili festivallar da bu işə öz tövhəsini verir. Qədim diyarımızın paytaxtında keçirilən ənənəvi “Kətə” festivalı muxtar diyarımızın zəngin mətbəxini, süfrə ənənələrini özündə əks etdirməsi, kütləvi maraq yaratması nəzərə alınaraq bu il ilk dəfə muxtar respublikamızın rayonlarında da keçirilib. Növbəti ünvan Naxçıvanın “Dəmir Qapı Dərbəndi” Sədərək rayonudur. Festivalda rayona xas müxtəlif çeşiddə kətə növləri və onların hazırlanması qaydaları nümayiş olunmaqla, yanaşı, sağlamlıq imkanları məhdud şəxslərin, ailə təsərrüfatçısı qadınların əl işlərindən ibarət sərgi-satış təşkil edilib. Rayonun çöllərindən və dağlarından toplanılan müxtəlif ot bitkilərinin satışı olub. Rayonun kəndlərindən, ümumilikdə, 13 ailə təsərrüfatçısının iştirak etdiyi festivalda satışa 20 çeşiddə məhsul çıxarılıb. Rayon Mədəniyyət və Musiqi məktəbləri kollektivlərinin oxuduqları mahnılar və rəqs nümunələri  sakinlərə xoş ovqat bəxş edib. 
Festivalda Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin deputatı Vüsalə Əliyeva ilə həmsöhbət oluruq: 
–Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamı muxtar respublikamızda milli və mənəvi dəyərlərimizin qorunub saxlanılmasına və təbliğ olunmasına hərtərəfli şərait yaradıb. Göstərilən dövlət qayğısı nəticəsində son illərdə xalq yaradıcılığının ən qədim sahələrindən sayılan süfrə mədəniyyətinin sistemli şəkildə öyrənilməsi, inkişaf etdirilməsi və tanıdılması istiqamətində də ardıcıl işlər görülür. Bu gün rayonda – Heydərabad qəsəbəsində təşkil edilən “Kətə” festivalına maraq böyükdür. Naxçıvan şəhəri ilə Sədərək rayonun arasında 80 km məsafəni nəzərə alsaq  görürük ki, burada yaşayan bir çox insanın şəhərdə təşkil onunan “Kətə” festifalında iştirak etmək imkanı  olmur. Bu baxımdan bu  festivalın rayon mərkəzlərində də keçirilməsi  tədqirəlayiq haldır. Rayon sakinləri yaxın kəndlərdən Heydərabad qəsəbəsinə gəlir, məmnuniyyətlə  burada iştirak edirlər. Rayonun ailə təsərrüfatçıları da hazırladıqları kətələri burada tanıtmaq imkanına sahib olurlar. Əlbətdə ki, sabitlik, sakitlik olmayan yerdə heç nəyə sahib olmaq olmaz. Bu gün hər bir sədərəkli rayonu dövrəyə alan uca dağların başında dayanıb Vətəni göz bəbəyi kimi qoruyub, qürurlu görünüşləri ilə düşmənin canına vələvələ salan igid oğullarımızın sayəsində evində rahat yatır, əkinində, tarlasında qorxmadan çalışır. Övladlarımız düşmənin beş metirliyində yerləşən məktəblərdə təhsil alırlar. Qəsəbənin mərkəzi meydanında təşkil edilən bu festival düşmən postlarından aydın şəkildə görünsə də 90 –cı illərin əvvələrində layiqli cavabını alan düşmən bir güllə belə atmağa cürət etmir. Elə Vətən müharibəsində olduğu kimi... Rayon sakinləri adından yaradılan şəraitə görə dövlətimizə minnətdarlığımı bildirirəm. 
Gəncə şəhərindən gələn Ceyran Əliyeva söhbətimizə qoşulur. Öyrənirik ki, onun oğlu 10 ildir ki, qədim yurdumuzun sərhədlərinin keşiyində dayanır. O deyir:
–Bu illər ərzində dəfələrlə Naxçıvana gəlmişəm. Amma Sədərəkdə ilk dəfədir oluram. Oğlum 6 aydır ki, burada xidmətini davam etdirir. Buranın təmiz havası, sakitlik və əminamanlıq ən əsası övladımın ailəsinin təmin edildiyi mənzildəki şərait, nəvələrimin təhsil aldıqları təhsil ocağında gördüklərim ana qəlbimi qürurla doldurdu. Dövlətimizə minnətdarlıq hissim daha da ardı. Bu gün nəvələrimi də götürüb öz doğma yurdumda olduğu kimi Heydərabad qəsəbəsini gəzməyə çıxdım və qəsəbənin mərkəzindəki qələbəliyi görüb gəldim. Çox gözəl bir tədbir təşkil edilib. Təndirdən çixan isti kətələr, çörəklər – öyrənirəm ki, bu çörəyin adı dastanadı, sacda buğlana –buğlana bişən ciyər, göbələk və bölgəyə məxsus pencərlərdən Naxçıvan qovurması ilə hazırlanan yeməklər çox dadlıdır. Müqəddəs Ramazan bayramı ərəfəsində keçirilən festivalda aldığım yeməklərlə axşama yaxşı bir iftar süfrəsi hazırlamağı düşünürəm.   
 Sədərək kənd sakini, ailə təsərrüfatı başçısı, Naxçıvan Muxtar Respublikasının Əməkdar kənd təsərrüfatı işçisi Mehparə Hüseynovanı yenə iş başında görürük. Fürsətdən istifadə edib onunla söhbət edirik: 
 -Sevindirici haldır ki, bu gün rayonumuzda ilk dəfə olaraq “Kətə” festivalı təşkil edilir. Bu festivalların təşkili məhsullarımızı nümayiş etdirməyə, onlara alıcı tapmağa da şərait yaradır. Bu cür tədbirlərin davamlı keçirilməsi xalqımıza məxsus mətbəx nümunələrini yaşatmaqda böyük rol oynayır. Müsahibimiz onu da bildirir ki, belə  festivalların təşkili həm məhsulları tanıtmaq baxımından, həm də qazanc əldə etmək üçün çox yaxşı haldır.  Rayonumuzda hər cür imkan var. Kim istəsə ailə təsərrüfatı qurub qazanc əldə edə bilər. Dövlətimizin qayğısını hər an hiss edirik. Sədərəyi əhatə edən uca dağların başında sərhəddi qoruyan igidlərin sayəsində torpağımızı rahat şəkildə əkib-becərir, əmin-amanlıq içərisində yaşayırıq. 
Rayonun Dəmirçi kənd sakini Zaur Cabbarov yeni təsərrüfat sahibidir. O deyir ki, özünüməşğulluq proqramına cəlb edilərək un məmulatları hazırlamaq üçün lazım olan avadalıqları əldə etdikdən sonra bu işə başlayıb. Evin xanımı, 6 uşaq anası Dürdanə xanım bildirir ki, çoxuşaqlı ailə kimi dövlətin qayğısı ilə əhatə olunurlar. Özünü məşğulluğa cəlb olunmağımız ailəmizin gəlirini artırmağa və övladlarımıza daha da yaxşı gələcək qurmağa kömək edir. Hazırladığı məhsulları rayona təşkil olunan “Kətə” festivalına çıxaran müsahibimin təndirdə bişirdiyi dastana, kətə və başqa un məmulatları müştəri məmnuniyyəti qazanır. O deyir ki, artıq bir neçə saatdır festivalın başlamasına baxmayaraq bişirdiyimiz məhsulların çoxunu satmışıq. Onu da qeyd edir ki, un məmulatları ilə bərabər təndir kababı, qiril, kartof kababı və sacda ciyər qovurması da festivala gələn qonaqlar tərəfindən həvəslə alınır.
“Kətə” festivalındakı qələbəliyə, meydanda yallı gedən körpə fidanlara, sonra isə uca dağların başına baxıram. Sədərəyə yolu düşən hər kəs düşmən postlarının nə qədər yaxında yerləşdiyini adi gözlə müşahidə edibdir mütləq. Bəli, düşmənin bir addımlığında, qaniçənlərin sillahlarının hədəfində yaşayan bu insanlar öz evlərində, işlədikləri müəssisələrdə, alın təri tökdükləri tarlalarda səngərdə bir əsgər kimi ömür sürür. Ordumuzun güc və qüdrətinə, bir vaxtlar düşmənin qarşısına əliyalın çıxan insanların hünərinə  arxalanaraq, güvənərək...

Ramiyyə ƏKBƏROVA

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Haziran 2022    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930