SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Dövlət Tarix Muzeyində 18 May Beynəlxalq Muzeylər Günü münasibətilə tədbir keçirilib-FOTO

Naxçıvan Dövlət Tarix Muzeyində 18  May Beynəlxalq Muzeylər Günü  münasibətilə  tədbir keçirilib-FOTO
16-05-2019, 18:36

Naxçıvan Dövlət Tarix Muzeyində təşkil olunan tədbiri giriş sözü ilə muzeyin direktoru, Beynəlxalq Muzeylər Şurasının (İKOM) üzvü Nizami Rəhimov açıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, O, çıxışında Beynəlxalq Muzeylər Şurasının (İKOM) təhsis olunma tarixindən və müasir dövrdə onun dünya muzeylərinin qarşılıqlı fəaliyyətlərinin əlaqələndircisi kimi rolundan söhbət açaraq muxtar respublikada muzeylərin də dünya muzeylərinin tərkib hissəsi olduğunu qeyd edib. Həmçinin, muxtar respublikadakı muzeylərin yaranma tarixinə və inkişaf yoluna da nəzər salınıb, müstəqillik illərində muzeylərin şəbəkəsinin genişlənməsi bu sahədə müxtəlif profilli yeni muzeylərin yaradıldığı bir daha tədbir iştirakçıların nəzərinə çatdırılaraq qeyd olunub ki, son 20 ildə muxtar respublikada 16 yeni muzey yaradılıb, hazırda muzey və muzeytipli müəssisələrin sayı 30-a çatdırılıb.
Sonra H.Əliyev Muzeyinin direktoru, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi Ramil Orucəliyev, C.Məmmədquluzadə adına Naxçıvan MR Ədəbiyyat Muzeyinin direktoru Aləmzər İbrahimova, Naxçıvan Dövlət Universitetinin kafedra müdiri, tarix elmləri üzrə fəlsəfə doktoru Məmməd Əliyev, Bəhruz Kəngərli muzeyinin direktoru Səbinə Əlincəli və Naxçıvan Dövlət Universitetinin “Muzeyşünaslıq, arxiv işi və abidələrin qorun ması” ixtisası üzrə III kurs tələbəsi Zinyət Məmmədova çıxış edərək öz həmkarlarını peşə bayramları münasibətilə təbrik ediblər.
Naxçıvan Dövlət Universitetinin “Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması” ixtisası üzrə II kurs tələbəsi Nərmin Nuriyevanın ifasında ulu öndər Heydər Əliyevə həsr olunmuş şeirlərin ədəbi-bədii qiraət edib.
Sonda 18 May Beynəlxalq Muzeylər Günü münasibətilə muzeyin ekspo-zisiyasında tərtib olunmuş “Naxçıvan muzeyləri müxtariyyət dövründə” adlı sərgiyə baxış olub.

Naxçıvan Dövlət Tarix Muzeyində 18  May Beynəlxalq Muzeylər Günü  münasibətilə  tədbir keçirilib-FOTO
Naxçıvan Dövlət Tarix Muzeyində 18  May Beynəlxalq Muzeylər Günü  münasibətilə  tədbir keçirilib-FOTO



































Bəxtiyar ƏLİYEV

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    May 2019    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031