SON DƏQİQƏ

naxcivanxeberleri.com

Culfa rayonunda arıçı sahibkarlarla müşavirə keçirilib

Culfa rayonunda arıçı sahibkarlarla müşavirə keçirilib
16-05-2019, 17:36

“2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı” nın və Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı ilə bağlı tədbirlər planının icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində tərtib olunmuş tədbirlər planına əsasən Culfa rayonunda Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı, İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin, Naxçıvan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin, Dövlət Baytarlıq Xidmətinin, Dövlət Baş Sığorta Agentliyinin, AMEA Naxçıvan Bölməsinin, Naxçıvan Dövlət Universitetinin və “Naxçıvan Muxtar Respublikası Arıçıları” İctimai Birliyinin əməkdaşları arıçılıq təsərrüfatı sahibkarlarının iştirakı ilə “Arı ailələrinin köçürülməsinin və arıçılıqda istifadə olunan yerli istehsal olan inventarlardan istifadənin əhəmiyyəti” mövzusunda müşavirə keçirilib.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, müşavirəni Culfa Rayon İcra Hakimiyyətinin əməkdaşı Sərxan Hüseynov açaraq rayonda aqrar sahənin inkişafına göstərilən dövlət dəstəyindən danışıb. Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Əyyub Abdullayev Muxtar Respublikada arıçılığın inkişafı və arıçılıqda istifadə olunan yerli istehsal olan inventarlardan istifadənin əhəmiyyəti mövzusunda çıxış edərək bildirib ki, arıçılıq iqtisadi cəhətdən yüksək gəlir gətirən, qida və müalicəvi baxımdan faydalı təsərrüfat sahəsidir. Muxtar respublikanın əlverişli təbii iqlim şəraiti, zəngin yem ehtiyatları bazası bu sahənin inkişaf etdirilməsi üçün geniş imkanlar yaradır. Azərbaycan Respublikasında 2 fevral 2009-cu il tarixdə “Arıçılıq haqqında” Qanununun, qəbul edilməsi, eləcə də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzası ilə “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı” nın qəbul edilməsi arıçılıqda damazlıq işinin yaxşılaşdırılmasına, yerli arı cinslərinin və populyasiyalarının qorunub saxlanmasına, təkmilləşdirilməsinə, yeni cinslərin yetişdirilməsinə və son nəticədə arıçılıq məhsulları istehsalının artmasına səbəb olmuşdur. Son illər Muxtar respublikada arıçılığın inkişafı sahəsində görülmüş tədbirlər nəticəsində, arı ailələrinin sayı 01 yanvar 2019-cu ilə 72 min 350 arı ailəsinədək artmışdır. Bu gün muxtar respublikamızda arıçılıqla 4200-dən çox sahibkar məşğul olur ki, onlardan 706 sahibkarın 20 ailədən 250 ailəyə qədər arı ailəsi var. Sonra İqtisadiyyat Nazirliyinin əməkdaşı İsa Novruzov arıçı sahibkarlara göstərilən Dövlət maliyyə dəstəyindən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Hicran Abışov yaşıllaşdırma işlərində ba lyığma mənbəyi hesab olunan ağac və kol əkinlərinin genişləndirilməsi və həmin ərazilərdə olan ağac və kolların kəsilməsinin qarşısının alınmasının əhəmiyyətindən, Naxçıvan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin əməkdaşı Süleyman Rüstəmov Muxtar Respublikada istehsal edilən arıçılıq məhsullarının sertifikatlaşdırılmasından, Dövlət Baytarlıq Xidmətinin sektor müdiri Fariz Şıxəliyev Arıxanalarda aparılacaq baytarlıq tədbirlərindən, Dövlət Baş Sığorta Agentliyinin əməkdaşı Vüsal Ağayev arı ailələrinin sığortalanmasının əhəmiyyətindən, Naxçıvan Dövlət Universitetinin dosenti Mirmahmud Seyidov Naxçıvan Muxtar Respublikasında arıçılığın elmi əsaslarla inkişaf etdirilməsindən, Arıçılar İctimai Birliyinin sədri Etibar Məmmədov isə müəllifi olduğu “Arıçılıq təbiət və təbabət” kitabında qeyd olunan məsələlərdən və arıçılıqda yeni texnologiyaların tətbiqinin əhəmiyyəti mövzularında çıxış ediblər.
Çıxışlarda muxtar respublikamızın zəngin florası tərəfindən yaradılan min tonlarla nektar və çiçək tozunun əhalimizin rifahı naminə tədarük edilməsinə nail olmaq üçün arı ailələrinə zoobaytar qaydada qulluq edilməsi, vaxtlı-vaxtında baytarlıq tədbirlərinin aparılması və arı ailələrinin çiçək bol olan ərazilərə köçürülməsindən, bal arısı cinslərini və onların populyasiyalarını müxtəlif mövsümlərdə nektar və su mənbələri ilə fasiləsiz təmin etmək məqsədi ilə onların respublikanın aran, dağətəyi və dağlıq bölgələrinə il ərzində 4-5 dəfə köçürülməsi təmin edilməsinin əhəmiyyətindən danışılıb.
Sonda müşavirə iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, mütəxəssislər tərəfindən hazırlanan buklet informasiya kitabçaları təsərrüfat sahiblərinə paylanılıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    May 2019    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031