SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Müəllimlər İnstitutunda növbəti fərdi rəsm sərgisi təşkil olunub

Naxçıvan Müəllimlər İnstitutunda növbəti fərdi rəsm sərgisi təşkil olunub
12-04-2022, 10:41

Naxçıvan Müəllimlər İnstitutunda “Təsvir incəsənət müəllimliyi” ixtisasının IV kurs tələbəsi Günay Kərimovanın “Sənətin harmoniyası” adlı fərdi rəsm sərgisi təşkil olunub.

Naxçıvan Müəllimlər İnstitutunun mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, sərgini giriş sözü ilə açan institutun rektoru Azad Novruzov ölkəmizdə o cümlədən muxtar respublikamızda təhsilə göstərilən diqqət və qayğıdan, gənc nəsilin yetişməsi üçün yaradılmış şəraitdən danışaraq qeyd edib ki, institutda mütəmadi olaraq rəssamların, gənc müəllimlərin sərgilərinin keçirilməsi, yaradıcılıq fəaliyyətlərinin işıqlandırılması, institutun təsviri incəsənət müəllimliyi ixtisası və digər ixtisaslarda təhsil alan istedadlı tələbələrə yaradılan şərait, fəaliyyətlərinin dəstəklənməsi bu qayğı və diqqət əsasında təmin edilir. Bütün bu tədbirlər tələbə-gənclərə daha həvəslə çalışmaları üçün stimul olur. Rektor vurğulayıb ki, tələbələrimizin gələcək dövrlərdə də təsviri-incəsənət sahəsində xeyli uğurlarının olacağına inanırıq.

İnstitutun Tədris və tərbiyə işləri üzrə prorektoru Çapay Quliyev çıxış edərək qeyd edib ki, yaradılmış şərait, kadr potensialı ilə yanaşı institutda təhsil alan hər bir gənc öz potensial inkişafının qayğısına qalmalı və qabiliyyətini formalaşdırmaqda maraqlı olmalıdır. Bu gün Günay Kərimovanın nümunəsində gənc rəssamların yetişməsi, tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi, yaradıcılıq imkanlarının artırılması institutda yaradılmış şəraitdən tədris və tərbiyə sahəsində səmərəli istifadənin göstəricisidir.

Sonra İxtisasartırma və yenidənhazırlanma üzrə prorektor Həbibə Allahverdiyeva istedadlı tələbələrdən biri olan Günay Kərimovanın çəkdiyi rəsmlər, onların janrları haqqında məlumat verib. Prorektor bildirib ki, o təsviri incəsənətin müxtəlif janrlarına müraciət etsə də, əsərlərində daha çox vətənpərvərlik, mənzərə, rəngkarlıq-qrafika və geyim nümunələri üstünlük təşkil edir.

Fərdi sərginin müəllifi Günay Kərimova çıxış edərək onlar üçün yaradılmış şəraitə görə minnətdarlığını bildirib, sərgidə iştirak edən qonaqlara təşəkkür edib.

Sonda Günay Kərimovanın rəsm və dekorativ əl işlərinə baxış keçirilib. Sərgidə realist, üslubda işlənmiş portret, etüd, natürmort, mənzərə, rəngkarlıq qrafika və dekorativ işlərdən ibarət 30 əsər və müəllifin geyim nümunələri nümayiş olunub.

Sərgi ilə tanış olanlar rəsm əsərlərinin onlarda yüksək emosionalıq yaratdığını bildirərək sərgini qiymətləndiriblər.

 

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Ağustos 2022    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031