SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda musiqi müəllimlərinin diaqnostik qiymətləndirilməsi aparılacaq

Naxçıvanda musiqi müəllimlərinin diaqnostik qiymətləndirilməsi aparılacaq
16-05-2019, 13:05

Naxçıvan Muxtar Respublikasında musiqi müəllimlərinin diaqnostik qiymətləndirilməsi aparılacaq.

NAXCİVANXEBERLERİ.COM-un xəbərinə görə, Naxçıvan Muxtar Respublikasının Baş naziri Əlövsət Baxşıyev “Naxçıvan Muxtar Respublikasında müəllimlərin dövlət musiqi təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında qərarı imzalayıb.

Qərara əsasən, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və diplom almış şəxslərin orta ixtisas musiqi təhsili müəssisələrində, ali və ya orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və diplom almış şəxslərin uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində işə qəbulu üzrə müsabiqənin keçirilməsini təmin etməlidir.

Qərara görə, müəllimlərin dövlət musiqi təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Nazirlik tərəfindən müsabiqə yolu ilə həyata keçiriləcək. Müsabiqə test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Eyni zamanda müəssisələrdə kitabxana informasiya ixtisası üzrə işə qəbul və qiymətləndirmə yalnız test imtahanı vasitəsilə aparılacaq.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    May 2019    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031