SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanda 700 quşun adının dəyişdirilməsi üçün layihə hazırlanıb

Azərbaycanda 700 quşun adının dəyişdirilməsi üçün layihə hazırlanıb
16-05-2019, 12:05

“Bəzi quş növləri adlarının dəyişdirilməsi ilə bağlı yekun qərar Nazirlər Kabineti yanında Terminologiya Komissiyasına göndərilib”.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə bunu açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutunun direktoru Elman Yusifov deyib.

O xatırladıb ki, məlum məsələ ilə əlaqədar bir müddət əvvəl tərkibində AMEA-nın Zoologiya İnstitutu, institutun Naxçıvan filialının Bioresurslar İnstitutu, Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin aparıcı ornitoloqlarından ibarət komissiya yaradılıb: “Uzunmüddətli müzakirələrdən sonra quş adlarının bəziləri dəyişdirildi, bəziləri qaldı, bəziləri isə iki adla qeyd edildi”.

İnstitut direktoru bildirib ki, yekun qəbul edilən qərar Akademiyanın Biologiya və tibb elmləri bölməsinə verilib: “Məsələ bir daha müzakirə edildi və bəzi xırda dəyişikliklər edilərək ümumilikdə 700-ə yaxın quş növünün adı Nazirlər Kabineti yanında Terminologiya Komissiyasına göndərilib. Sadəcə, mətbuatda şou yaratmaq naminə məhz 20 quş növünün adı gündəmə gətirildi”.

E.Yusifov qeyd edib ki, Azərbaycan faunasında 402 quş növü təsdiq edilib və onun içərisində fikir ayrılığı yaradan 20 adın içərisində, təxminən, yarısını birmənalı şəkildə saxladıq: “Quşlara veriləcək milli adlarımız olduğu təqdirdə rus adlarının verilməsini məqsədəuyğun hesab etmədik”.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    May 2019    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031