SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda Milli filmlərimiz” adlı kinoviktorinanın final mərhələsi keçirilib-FOTOLAR

Naxçıvanda Milli filmlərimiz” adlı kinoviktorinanın final mərhələsi keçirilib-FOTOLAR
15-05-2019, 19:53

Mayın 15-də “Milli filmlərimiz” adlı kinoviktorinanın final mərhələsi keçirilib. Ötən ilin oktyabr ayından başlanan və aprel ayında başa çatan kinoviktarinanın seçim turlarına əsasən, 8 komanda yarımfinala vəsiqə qazanıb. Naxçıvan şəhər 15, Şərur şəhər 2, Şahbuz şəhər 1, Culfa rayon Yaycı kənd 1, Sədərək rayon Sədərək kənd 2 nömrəli, eləcə də Babək rayon Kərimbəyli, Ordubad rayon Nüsnüs, Kəngərli rayon Böyükdüz kənd tam orta məktəblərinin komandaları kinoviktorinanın yarımfinal mərhələsində milli kinomuzla bağlı biliklərini sınayıblar.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinn mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, beləliklə, yarımfinal mərhələsində ən yüksən bal toplayan 4 komanda - Naxçıvan şəhər 15, Şərur şəhər 2, Sədərək rayonu Sədərək kənd 2 və Culfa rayonu, Yaycı kənd 1 nömrəli tam orta məktəbin komandaları finalda yarışmaq hüququ qazanıblar.

Final mərhələsinin nəticələrinə əsasən, Sədərək rayonu Sədərək kənd 2 nömrəli tam orta məktəbin komandası 3-cü, Culfa rayonu Yaycı kənd 1 nömrəli tam orta məktəbin komandası 2-ci, nəhayət, Şərur rayonu Şərur şəhər 2 nömrəli tam orta məktəbin komandası 1-ci yerlərə sahib çıxıblar. Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbin komandası isə Fəxri fərmanla təltif olunub. Sonda qaliblərə təşkilatçı müəssisələrin kubok, diplom və hədiyyələri təqdim edilib.

Qeyd edək ki, “Milli kinomuz” adlı kinoviktorina Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun, Naxçıvan Dövlət Film Fondunun və Naxçıvan Muxtar Respublika rayon və şəhər təhsil şöbələrinin birgə təşkilatçılığı ilə keçirilib. 5-9-cu sinif şagirdlərindən ibarət komandaların iştirak etdiyi kinoviktorinada komanda üzvlərinə 5 mövzu üzrə suallar ünvanlanıb. Ən çox bal toplayan komandalar yarımfinal və final mərhələlərinə vəsiqə qazanıblar. Kinoviktorinanın keçirilməsində əsas məqsəd milli kinomuzun təbliği, məktəblilərin kinofilmlərə olan marağının artırılması və onların kino biliklərinin yoxlanmasından ibarətdir.


Naxçıvanda Milli filmlərimiz” adlı kinoviktorinanın final mərhələsi keçirilib-FOTOLAR
Naxçıvanda Milli filmlərimiz” adlı kinoviktorinanın final mərhələsi keçirilib-FOTOLAR
Naxçıvanda Milli filmlərimiz” adlı kinoviktorinanın final mərhələsi keçirilib-FOTOLAR

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    May 2019    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031