SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Naxçıvanı tanıyaq” devizi altında Culfa rayonundakı “Əlincəqala”sına gəzinti təşkil olunub

“Naxçıvanı tanıyaq” devizi altında  Culfa rayonundakı “Əlincəqala”sına gəzinti təşkil olunub
15-05-2019, 18:35

Şahbuz Rayon Gənclər və İdman İdarəsi, Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatı Gənclər Birliyi tərəfindən ayrı-ayrı idarə və müəssisələrdə işləyən gənclərin iştirakı ilə “Naxçıvanı tanıyaq” devizi altında xalqımızın mərdlik, yenilməzlik, mübarizlik rəmzi olan Culfa rayonundakı “Əlincəqala”sına gəzinti təşkil olunub.

Naxçıvan Muxtar Respubilkası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Şahbuz Rayon Gənclər və İdman İdarəsinin rəisi İdris Qəhrəmanov gənclərə məlumat üçün bildirib ki, abidə 2007-ci ildə dünya əhəmiyyətli abidələrin siyahısına daxil edilmişdir. 2014-cü ilin 11 fevral tarixində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında” Sərəncamın imzalanması ilə “Əlincəqala” bərpa olunmuşdur. Daha sonra gənclər buradakı “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi ilə tanış olublar. Bələdçi Fatma Dünyamalıyeva bildirib ki, muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında” 2014-cü il 11 fevral tarixli Sərəncamı ilə yaradılmışdır. Muzey ekspozisiya zalından və 2 iş otağından ibarətdir. Muzeyin fondunda ümumilikdə 250 eksponat vardır ki, bunlardan da 170-i muzeyin ekspozisiyasında sərgilənir. Ekskursiya çərçivəsində gənclər Xanəgah Abidə Kompleksini də ziyarət ediblər. Tarixi abidələrlə tanışlıq gənclərin hər birində xoş təəssürat yaradıb. Onlar təşkil olunan gəzintilər vasitəsilə yurd yerlərimiz, tarixi abidələrimiz, muzeylərimiz haqqında lazımi məlumatlara sahib olduqlarını vurğulayıblar.


 “Naxçıvanı tanıyaq” devizi altında  Culfa rayonundakı “Əlincəqala”sına gəzinti təşkil olunub
 “Naxçıvanı tanıyaq” devizi altında  Culfa rayonundakı “Əlincəqala”sına gəzinti təşkil olunub
 “Naxçıvanı tanıyaq” devizi altında  Culfa rayonundakı “Əlincəqala”sına gəzinti təşkil olunub
 “Naxçıvanı tanıyaq” devizi altında  Culfa rayonundakı “Əlincəqala”sına gəzinti təşkil olunub
 “Naxçıvanı tanıyaq” devizi altında  Culfa rayonundakı “Əlincəqala”sına gəzinti təşkil olunub

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    May 2019    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031