SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Dövlət Universitetində növbəti hesabat konserti keçirilib

Naxçıvan Dövlət Universitetində növbəti hesabat konserti keçirilib
15-05-2019, 17:54

Naxçıvan Dövlət Universitetində İncəsənət fakültəsi “Fortopiano” kafedrasının hesabat konserti keçirilib.

Televiziya , mətbuat və ictimaiyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, fakültə daxilində digər musiqi ixtisasları da daxil olmaqla hesabat konsertində tələbələrin ifasında Azərbaycan klassik musiqisinin görkəmli nümayəndələri Fikrət Əmirovun, Ramiz Mirişlinin, Qara Qarayevin, Polad Bülbüloğlunun əsərləri, “Leyli və Məcnun” operasından müqəddimə, Motsart “Sonata”, “Caz etüd” və bir-birindən dəyərli kompozisiyalar nümayiş olunub. Tələbələrinin ifasında həmçinin etüdlər dəsəsləndirilib.
Fakültənin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Günay Məmmədova kafedranın müəllimlərinə öz təşəkkürünü bildirib və tələbələrə gələcək həyatlarında daha yüksək səhnələrdə çıxış etməyi arzulayıb.
Sonda universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tədbirə yekun vuraraq muxtar respublikada incəsənət xadimlərinin, bəstəkar və sənətşünasların fəaliyyətləri üçün yaradılan şəraitdən, hesabat konsertlərinin istedadlı tələbələrin üzə çıxarılması, onlarda professional ifaçılıq məziyyətlərinin aşılanması baxımından əhəmiyyətindən bəhs edib. Rektor vurğulayıb ki, tələbələrin istedadlarının artırılmasında peşəkar müəllimlərin rolu əvəzolunmazdır və bu işdə onlara uğurlar arzulayıb.



Naxçıvan Dövlət Universitetində növbəti hesabat konserti keçirilib
Naxçıvan Dövlət Universitetində növbəti hesabat konserti keçirilib

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    May 2019    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031