SON DƏQİQƏ

naxcivanxeberleri.com

UEFA-nın Avropa Liqasının final oyununa gələnlər üçün xüsusi sayt hazırlanıb

UEFA-nın Avropa Liqasının final oyununa gələnlər üçün xüsusi sayt hazırlanıb
15-05-2019, 16:30

Azərbaycan Turizm Bürosu tərəfindən mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA-nın Avropa Liqasının final oyunu ilə əlaqədar ölkəyə gələcək qonaqların qabaqcadan məlumatlandırılması məqsədilə veb-sayt hazırlanıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Dövlət Turizm Agentliyindən verilən məlumata görə, informativ xarakter daşıyan https://bakufinal.azerbaijan.travel/ ünvanında yerləşən saytda azarkeşləri maraqlandıra biləcək suallara xüsusi bölmələr üzrə cavablar yerləşdirilib.

Bakıya uçuş həyata keçirən hava yolları şirkətlərinin birbaşa və çarter reysləri barəsində məlumat yerləşdirilən saytda viza əldə etmək qaydaları və şərtləri, hotellər, oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionu və burada təşkil olunacaq təhlükəsizlik tədbirləri barədə dolğun məlumat verilir.

İnformativ xarakterli saytda, həmçinin Bakının turizm əhəmiyyətli məkanları, Nizami küçəsi, İçərişəhər, Heydər Əliyev Mərkəzi, eyni zamanda milli kulinariya nümunələrinin dadına baxmaq üçün kafe və restoranlar, əyləncə məkanları haqqında məlumat verilir, paytaxt nəqliyyatının formaları, “Baku Card”dan istifadə qaydaları izah olunur.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    May 2019    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031