SON DƏQİQƏ

naxcivanxeberleri.com

İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri yaradılır

İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri yaradılır
19-03-2022, 15:00

Baş nazir Əli əsədov İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestrinin yaradılması və “İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında Qrərar imzalayıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Qərarla “İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 avqust tarixli 1422 nömrəli Fərmanının 1.1-ci və 1.2-ci bəndlərinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

- İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri yaradılsın.

- “İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

- Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə tapşırılsın ki, “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli 1170 nömrəli Fərmanının müvafiq olaraq
7.4-cü və 7.8-ci bəndlərinə uyğun apardıqları inventarlaşdırma işlərinin nəticələrini əks etdirən məlumatları 1 (bir) ay müddətində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təhvil versinlər.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Aralık 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031