SON DƏQİQƏ

naxcivanxeberleri.com

Müəllimlərin dərs yükünün bölünməsinə bu nəticə də təsir göstərəcək

Müəllimlərin dərs yükünün bölünməsinə bu nəticə də təsir göstərəcək
14-05-2019, 21:55

Azərbaycanda ixtisasartırma proqramından keçmiş müəllimlərin yekun qiymətləndirmədə topladığı bal direktorun dərs yükünün bölünməsi ilə bağlı verdiyi qərara təsir göstərəcək.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, ölkəmizdə əlavə təhsilin təşkili, monitorinqi və qiymətləndirilməsini həyata keçirən Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun direktoru Vəfa Yaqublu bildirib ki, müəllimləri yeni tədris proqramı ilə tanış etmək məqsədilə 2008-ci ildən etibarən 10 il ərzində ölkədə bütün ixtisasartırma təlimlərinin böyük hissəsini “kurikulum kursları” təşkil edirdi. Həmin təlimlərdə müəllimlər 3 səviyyə üzrə qiymətləndirilirdi: “Müəllimin neçə bal yığdığını daxili qiymətləndirmə müəyyən edirdi, bu da bəzi hallarda qeyri-obyektiv olur, hətta korrupsiyaya yol açırdı. Əvvəllər müəllimlər təlimlərdə iştirak edir, nəticəsinin necə olmağından asılı olmayaraq, “məqbul” yazılmış sertifikat alırdılar”.

V.Yaqublu deyib ki, hazırda ixtisasartırma proqramından keçmiş bütün müəllimlər İnsitut tərəfindən keçirilən yekun qiymətləndirmədə iştirak edir və müdavimlərə verilən sertifikatda müəllimin topladığı bal yazılır. Xarici qiymətləndirmə və sertifikatda balın göstərilməsi neqativ halların qarşısını almağa hesablanıb”.

İnstitut direktorunun sözlərinə görə, sertifikatda hər bir proqram üzrə həm müəllimin toplaya biləcəyi maksimal bal, həm də topladığı bal yazılır:

“Məsələn, məktəb direktoru eyniadlı təlimdə iştirak etmiş 2 müəllimin nəticələri ilə onların sertifikatına baxmaqla tanış ola, dərs yükünün bölünməsinə qərar verə bilər. Yeri gəlmişkən, müəllimlərin ixtisasartırma təhsili haqqında sertifikatlarında əks edilmiş məlumatlar həmçinin Ümumi Təhsil İnformasiya Sisteminə daxil edilir”.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30